Türkmənistan Prezidenti Kuboku () — 1994-cü ildə təsis edilmiş, Türkmənistanda keçirilən beynəlxalq yoldaşlıq futbol turniri.
Format Bu turnir Türkmənistan Dövlət Bayrağı Gününə həsr olunmuşdur. Yarışın ümumi mükafat fondu 35.000 ABŞ dolları təşkil edir. Qalib komanda Prezident Kuboku ilə yanaşı 20.000 ABŞ dolları, gümüş mükafatçı 10.000 dollar, bürünc mükafatçı isə 5.000 ABŞ dolları məbləğində mükafat əldə edir. 2012-ci ildən etibarən turnirin keçirilmə vaxtı fevral ayından sentyabr ayına dəyişdirilmişdir.
Beynəlxalq futbol turniri ənənəvi olaraq Aşqabad şəhərində keçirilir və regionda böyük populyarlığa malikdir. Mövcud olduğu dövr ərzində Prezident Kuboku uğrunda Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Rusiya, Ukrayna, Özbəkistan, Tacikistan, Estoniya, İran, Türkiyə, Koreya Respublikası, Çin və Tailand komandaları mübarizə aparmışdır. 2009-cu ildə Bəhreyn komandasının Aşqabaddakı turnirdə debüt etməsi ilə yarışın coğrafiyası dünyanın 20 ölkəsinə qədər genişlənmişdir.
Tarixi On beş il ərzində Prezident Kuboku ölkə hüdudlarından kənara cəmi üç dəfə çıxmışdır: 1998-ci ildə İranın "İstiqlal", 2002-ci ildə Gürcüstanın Kutaisi "Torpedo"su və 2006-cı ildə Moldovanın "Daçiya" klubu kubokun sahibi olmuşdur. Aşqabadın "Nisa" klubu turnirdə dörd dəfə (1999, 2003, 2004 və 2005-ci illərdə) qalib gəlmişdir. "Kopetdağ" (1995, 1996 və 2001-ci illərdə) və HTTU (2007, 2008 və 2009-cu illərdə) hər biri üç dəfə bu kuboka sahib çıxmışdır. Türkmənistan Futbol Klubları Yığması (1997), Aşqabad Yığması (2000), Türkmənistanın U-17 yığması (2012) və Türkmənistanın U-15 yığması (2013) isə hərəyə bir dəfə Prezident Kubokunun qalibi olmuşdur.
Qaliblər İlFinalÜçüncü yerQaıibHesabİkinci yerÜçüncü yerHesabDördüncü yer1995Kopetdağ 2 – 0 TürkmənistanMetalurq 2 – 0 Spartak-21996Kopetdağ 1 – 0 SkontoZorya MALS 4 – 0 Narva1997Türkmənistan 2 – 1 Vorskla PoltavaYelimay Semey 2 – 1 Yerevan1998İstiqlal 0 – 0 (7 – 6 pens.) ZenitNisa 1 – 0 Ulsan Hunday1999Nisa 3 – 1 TürkmənistanKopetdağ Nebitçi Balkanabad2000Aşqabad-Siti 1 – 0 Axal VilayətBalkan Vilayət 3 – 0 Gülüstan2001Kopetdağ 2 – 0 Dnipro DnipropetrovskÇSKA-2 Moskva Tailand U-232002Torpedo Kutaisi 1 – 1 (4 – 2 pens.) TürkmənistanFlora Tallinn 1 – 0 Türkiyə U-212003Nisa 1 – 0 TürkmənistanAtlantas Klaypeda 1 – 0 Neman Qrodno2004Nisa 3 – 2 Torpedo KutaisiVorskla Poltava 1 – 0 Aviator Çkalovsk2005Nisa 2 – 1 Nebitçi BalkanabadPərviz 3 – 2 Mika Aştarak2006Dakiya Kişinyov 4 – 3 HTTU AşqabadVorskla Poltava 1 – 1 (4 – 3 pen) Traktor Daşkənd2007HTTU Aşgabat 3 – 2 AşqabadVorskla Poltava 0 – 0 (10 – 9 pen) Ordabası2008HTTU Aşgabat 2 – 1 Aşqabadİran U-23 1 – 0 Mika Açtarak2009HTTU Aşqabad 1 – 0 SkontoAşqabad 1 – 1 Qancasar2010Altın Asır 1 – 0 NebitçiTürkiyə U-21 3 – 0 Okjetpes
Qeydlər
İstinadlar
Kateqoriya:Türkmənistanda futbol Kateqoriya:Beynəlxalq futbol klubları yarışları