2026 Moskva Qələbə Günü Paradı — Faşist Almaniyası üzərində qələbənin və İkinci Dünya müharibəsinin Avropada bitməsinin 81-ci ildönümünü qeyd etmək üçün 9 may 2026-cı ildə Rusiyanın paytaxt Moskva şəhərindəki Qırmızı Meydanda keçiriləcək hərbi parad. Ukrayna Prezidenti Volodimir Zelenski "paradın keçirilməsinə icazə verən" və qüvvələrinin Qırmızı Meydanı hədəf almayacağını bəyan edən fərman imzalamışdır.
Tarixi 2026 Moskva Qələbə Günü Paradında 2008-ci ildən bəri ilk dəfə olaraq, rus hərbi texnologiyalarının səyyar kolonu olmayacaq. Bunun səbəbi Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı olaraq təhlükəsizlik problemi, yəni Ukraynanın parada hücum etmə ehtimalıdır.
Mayın 4-də İrəvanda keçirilən "Avropa Siyasi İcması"nın sammitində Ukrayna Prezidenti Zelenski rus hərbi texnologiyasının Moskva paradında nümayiş etdirilməyəcəyini qeyd etmişdir və bildirmişdir ki, Ukrayna dronları parada hücum edə bilər.
Mayın 7-də Rusiya tərəfi bildirmişdir ki, Kiyevdəki diplomatik və digər nümayəndəliklərin işçiləri, habelə vətəndaşları şəhərdən təxliyə edilməlidir. Çünki əgər Ukrayna Moskva paradına hücum edərsə, cavab tədbiri olaraq Rusiya da Kiyevə hücum edəcək.
Mayın 8-də Zelenski 9, 10 və 11 may tarixlərində Rusiya və Ukrayna arasında atəşkəs elan edildiyini qeyd etmişdir. Ukrayna Prezidenti fərman imzalayaraq Rusiyada paradın keçirilməsinə icazə vermişdir.
İştirakı gözlənilən xarici dövlət rəsmiləri
Müstəqil dövlətlər Belarus Prezidenti Aleksandr Lukaşenko Malayziya Kralı İbrahim İskəndər Laos prezidenti Thonqloun Sisoulit Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev
Muxtar ərazilər Serb Respublikası (Bosniya və Herseqovinanın tərkibində) Prezidenti Sinisa Karan Serb Respublikası (Bosniya və Herseqovinanın tərkibində) Milli Məclis Spikeri Nenad Stevandic
Tanınmamış Cənubi Qafqaz dövlətləri Abxaziya Prezidenti Badra Qunba Cənubi Ossetiya Prezidenti Alan Qaqloyev
İştirakını ləğv etmiş ölkələr Slovakiya baş naziri Robert Fiko. O, əvvəlcə paradda iştirak etməkdə maraqlı olduğunu bildirmiş, daha sonra isə iştirakını ləğv etmişdir.
Həmçinin bax 1945-ci il Moskva Qələbə Paradı
İstinadlar
Kateqoriya:Rus millətçiliyi Kateqoriya:Moskva Qələbə Paradı Kateqoriya:2026-cı ildə Rusiya Kateqoriya:2026-cı ildə hərb tarixi Kateqoriya:2026-cı ildə Moskva Kateqoriya:Moskvada paradlar Kateqoriya:Rusiyada hərbi paradlar