Xatlon () — Tacikistan Respublikasında vilayət. Xalton vilayəti Tacikistanda ən çox əhalisi olan vilayətdir. Ölkənin cənub-qərbində yerləşir və 24,800 kvadrat kilomet ərazini əhatə edir. Əhalisinin sayı 3 milyon 300 mindən çoxdur. Ərazi 25 rayona bölünür. Vilayət əhalisinin əsas məşğuliyyəti və dolanışıq mənbəyi kənd təsərrüfatıdır və pambıq ən çox becərilən məhsuldur. Əhalinin təxminən 3%-i sənaye sektorunda çalışır. Vilayət mərkəzi Boxtardır. Əhalinin 85%-i taciklər, qalanları özbəklər və az sayda ruslardır.
Kaynak ve lisans
Kaynak: Wikipedia — Xatlon vilayəti · katkı geçmişi.
Metin: CC BY-SA 4.0.
Metin düzenlemesi hakkında
Viki işaretlemesi ve şablonlar çıkarıldı; uzun metinler kısaltıldı.