thumb|400px|2024-cü ildən Rusiyanın hərbi dairələri
Hərbi dairə — dövlət ərazisinin müəyyən bir hissəsində yerləşən hərbi hissələr, hərbi birləşmələr, hərbi birliklər, hərbi təhsil müəssisələri və müxtəlif yerli hərbi idarələrin ərazi ümumiqoşun operativ-strateji birliyidir.
Dövlət ərazisinin hərbi dairələrə bölünməsi qoşunların idarə edilməsinin rahatlığını, operativ və döyüş hazırlığının həyata keçirilməsini, habelə ölkənin müdafiəyə hazırlanması ilə bağlı tədbirlərin səmərəliliyini təmin edir.
Hərbi dairəyə, bilavasitə müdafiə nazirinə tabe olan dairə qoşunlarının komandanı rəhbərlik edir.
Funksiyaları və vəzifələri
Hərbi dairələrin əsas vəzifələrinə aşağıdakılar daxildir: Tabeliyində olan qoşunların döyüşə hazırlıq səviyyəsinin saxlanılması; Səfərbərlik resurslarının uçotunun aparılması və çağırışaqədərki hazırlıq; Regionun müdafiə planlarının işlənib hazırlanması; Hərbi infrastrukturun (poliqonlar, anbarlar, qarnizonlar) idarə edilməsi.
Hərbi dairə həm də mülki müdafiə orqanları və yerli icra hakimiyyəti ilə koordinasiyalı şəkildə fəaliyyət göstərərək, fövqəladə hallar zamanı hərbi resursların səmərəli istifadəsini təmin edir.
Tarixi və tətbiqi
Hərbi dairə sistemi ilk dəfə XIX əsrdə bir çox Avropa dövlətlərində və Rusiya İmperiyasında qoşunların operativ idarəetməsini mərkəzsizləşdirmək məqsədilə tətbiq olunmağa başlanmışdır.
Müasir dövrdə ABŞ-da bu funksiyanı "Birləşmiş Combatant Komandanlıqları" (), Türkiyədə isə Ordu Komandanlıqları yerinə yetirir. Azərbaycan Silahlı Qüvvələrində hərbi-inzibati ərazi vahidləri və qoşunların regional idarəetmə prinsipləri dövlət müdafiə strategiyasına müvafiq olaraq müəyyən edilir.
İstinadlar
Ədəbiyyat siyahısı
Xarici keçidlər
Территориальный состав военных округов (довоенных) Карты военных округов России. Положение о военном округе Вооруженных Сил Российской Федерации
Kateqoriya:Hərbi dairələr Kateqoriya:Komandanlıq və nəzarət