Əbül-Müsənna Ömər ibn Hübeyrə ibn Müaviyə ibn Sükeyn əl-Fəzari (; ) — Əməvi sərkərdəsi və İraq valisi.
Bioqrafiyası Ədnanilərin Qeys qolunun Fəzarə qəbiləsinə mənsubdur.
İlk hərbi zəfərlərini Həccacın dövründə əldə edib: üsyan qaldıran Mədain (Ktesifon) valisinin başını əvvəl Həccaca sonra isə xəlifə Əbdülməlikə göndərib. Bu sayədə nüfuz qazanıb.
715-ci ildə Konstantinopola təşkil edilən hərbi kampaniyada donanma komandanı təyin edilib, lakin bu hərbi kampaniya uğursuzluqla nəticələnib.
719-cu ildə xəlifə II Ömər tərəfindən əl-Cəzirə valisi təyin edilib. Bu vəzifəni yerinə yetirərkən Bizansa qarşı zəfər də qazanıb. Bu zəfərdən sonra yeni xəlifə II Yezid onu İraq və Xorasanın general qubernatoru təyin edib.
Vəzifədə olduğu müddətdə etnik ayrı-seçkilik edərək yəmənli qəbilələrə təzyiqlər göstərib. Bu da qəbilələr arası qarşıdurmaların artmasına gətirib çıxarıb. Həmin vaxt üsyan qaldırmış Soqdlar türklərin dəstəyi ilə əməvi ordusu üzərində qələbə qazandılar. Ömər ibn Hübeyrə bu vəziyyət qarşısında bölgədəki valini vəsifəsindən azad edib yerinə Səid ibn Əmri təyin etdi. Ardınca Səid sülh yolu ilə tabe edilmiş şəhərdə əhali öldürməsinə görə onu da, vəzifədən azad edib, yerinə Müslüm ibn Səid əl-Kilabı təyin edib. Lakin həmin vaxt özü də xəlifə Hişam tərəfindən vəzifədən azad edilib.
Bir rəvayətə görə, xəlifə Hişam bölgədə yaranmış etnik gərginliyi azaltmaq üçün Ömər ibn Hübeyrənin yerinə Xalid ibn Abdullah əs-Qəsri təyin etmiş, əl-Qəsri isə Öməri həbs etmişdir. Oğullarının (Zəhəbiyə görə, xidmətçiləri) köməyi ilə həbsxanadan qaçan Ömər ibn Hübeyrə, Dəməşqə getmiş, Məsləmə ibn Əbdülməlikin vasitəçiliyi ilə özünü xəlifə Hişama əvf etdirmiş və bundan bir müddət sonra, 728-ci ildə ölmüşdür.
İstinadlar Kateqoriya:Qətafan Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:Əməvi sərkərdələri Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:Admirallar