Dəniz Gümüşəl () — Türkiyəli ekologiya ictimai fəalı, ətraf mühit mühəndisi və iqlim üzrə mütəxəssis. O, iqlim böhranı ilə mübarizədə qadınların rolunu və yerli xalqın torpaq hüquqlarını müdafiə edən radikal bir çevrə fəalı kimi tanınır.
Həyatı Dəniz Gümüşəl İkizköy Ətraf Mühit Komitəsinin və "Təmiz Hava Hüququ Platforması"nın üzvüdür.
2023-cü ilin iyul ayında Türkiyə məhkəmələri tərəfindən Dəniz Gümüşələ Akbelen meşəsindəki meşə qırğınlarına qarşı keçirilən etiraz aksiyalarında iştirak etmək qadağan edilib. Gümüşəl daha əvvəl "Balkan Insight" nəşrinə meşələrin qırılmasının ətraf mühitə mənfi təsirləri barədə müsahibə verib. O, etiraz aksiyasında iştirak etdikdən sonra həbs edilib və daha sonra internetdə qollarındakı xəsarət izlərinin görüntülərini paylaşıb.
Dəniz Gümüşəl Muğlanın Milas rayonundakı Akbelen meşələrinin kömür mədənləri üçün kəsilməsinə qarşı yerli kəndlilərlə birlikdə uzunmüddətli mübarizə aparıb. 2023-cü ilin iyul ayında Akbelen meşəsindəki etirazlar zamanı saxlanılıb, daha sonra məhkəmə tərəfindən ona Milas rayonu ərazisinə giriş qadağası və xaricə çıxış yasağı qoyulub.
Dəniz Gümüşəl bundan əvvəl 2022-ci ildə Muğla vilayətində keçirilən Zeytun Məhsulu Festivalı zamanı "YK Energy" şirkətinə etiraz etdiyi üçün həbs olunub. Prokurorlar onun heç bir qanunu pozmadığı qənaətinə gəldikdən sonra bütün ittihamlar ləğv edilib.
2026-cı ilin yanvar ayında Milas 6-cı Asliye Cəza Məhkəməsi, etirazlar zamanı "dövlət məmuruna müqavimət" ittihamı ilə ona 5 ay həbs cəzası verib (hökmün açıqlanması təxirə salınıb). Gümüşəl bu qərarın "həyatı və təbiəti müdafiə edənlərə qarşı bir gözdağı" olduğunu bildirib.
İstinadlar
Xarici keçidlər Activist Deniz Gümüşel: 'Women Are At The Forefront Of The Resistance Because They Are More Fearless' (August 3, 2023) Eda Doğançay, Esitlik Adaletkadin Deniz Gümüşel - Twitter
Kateqoriya:Türkiyə aktivistləri