Journal of Biological Chemistry (qısaca JBC və ya J. Biol. Chem.) — Biokimya və Molekulyar biologiya mövzularında məqalələr dərc edən ingilisdilli elmi jurnaldır. Jurnal 1905-ci ildən fəaliyyət göstərir. Məqalələr dərc olunmazdan əvvəl müstəqil rəyçilər tərəfindən ekspert qiymətləndirilməsindən keçir. 1925-ci ildən bəri JBC hər həftə Amerika Biokimya və Molekulyar Biologiya Cəmiyyəti (ASBMB) tərəfindən Stenford Universitetinin HighWire Press nəşriyyatında çap olunur.
Journal of Biological Chemistry təxminən 3300 nüsxə tirajla nəşr edilir. 2021-ci ildən etibarən jurnal tamamilə açıq giriş rejimində fəaliyyət göstərir.ASBMB journals are now open access. In: Journals and news. Januar 2021. American Society for Biochemistry and Molecular Biology (ASBMB). Auf ASBMB.org (englisch), abgerufen am 15. September 2022. Jurnalın impakt faktoru 2019-cu ildə 4,238 təşkil etmişdir. Web of Science saytının qiymətləndirməsinə görə, 2014-cü ildə jurnal "Biokimya və molekulyar biologiya" sahəsindəki 289 jurnal arasında 61-ci yeri tutmuşdur. 1996-2006-cı illər arasında JBC, ümumi istinad sayına görə Proceedings of the National Academy of Sciences (PNAS) jurnalını qabaqlayaraq Elmi İstinad İndeksində (SCI) ən çox istinad edilən jurnal olmuşdur.
Tarixi
Jurnal amerikalı biokimyaçı Con Ceykob Abel və amerikalı patoloq Kristian Arçibald Herter tərəfindən təsis edilmişdir. Redaksiya heyəti əvvəlcə Kornell Universitetində, daha sonra 1937-1958-ci illərdə Yel Universitetində, 1967-ci ilə qədər isə Harvard Universitetində yerləşmişdir. O vaxtdan bəri redaksiya Nyu-York şəhərində fəaliyyət göstərir.
İstinadlar
Xarici keçidlər Веб-сайт журнала на английском языке Американское общество биохимии и молекулярной биологии The First 75 years (от Джон Т. Эдсалл, бывшего редактора журнала)
Kateqoriya:Elmi jurnallar Kateqoriya:ABŞ jurnalları Kateqoriya:İngilis dilində jurnallar Kateqoriya:Biokimya jurnalları Kateqoriya:ABŞ elmi jurnalları