thumb|2022-ci ilin oktyabr ayının əvvəlində Osokorovka kəndində ucaldılmış "Xerson bölgəsinin hədiyyələri" abidəsi.

Qarpız fleşmobu () — 2022-ci ilin payızında Xerson vilayətinin sağ sahilinin azad edilməsi zamanı Ukrayna informasiya məkanında geniş yayılan, qarpızın avatar və loqotip kimi istifadə edilməsi aksiyası. Bu fleşmoba Ukrayna blogerləri, siyasətçiləri və şirkətləri qoşulmuşdur.

Tarixi

Qarpız mem kimi Qarpız Xerson vilayətinin xarakterik simvollarından və yerli brendlərindən biri hesab olunur. Bu rəmz reklam çarxlarında, suvenirlərdə və internet memlərində geniş şəkildə təmsil olunmuşdur. Məsələn, regionda baş verən hadisələrdən bəhs edən "Kavun.City" adlı informasiya portalı fəaliyyət göstərir.https://kavun.city/home/about Ənənəvi olaraq qarpız məhsulu barjalarla Kiyevə daşınmış, həmçinin ixrac edilmişdir. İldə bir neçə min ton qarpız yetişdirən Xerson vilayəti mədəni kontekstdə bu giləmeyvə ilə sıx şəkildə əlaqələndirilir.

Qarpız emojisi ilk dəfə 2021-ci ilin may ayında "VO Musora" satirik "Telegram" kanalında svastika rəmzini əvəz etmək üçün istifadə edilmişdir, lakin Ukrayna "Telegram" ictimaiyyətində qarpız memlərinin geniş yayılması 2022-ci ildə, Rusiyanın hərbi müdaxiləsinin başlanğıcında 2014-cü ildə yaradılmış mem bloqu olan "Ukrayna hücumu" kanalı vasitəsilə baş vermişdir. Memin ilkin mənası zamanla dəyişmiş və o, "baza" (ingilis dilindəki "based" slenqindən götürülmüşdür; bir hadisəyə müsbət yanaşmanı və ya dəyərlərin üst-üstə düşməsini ifadə edir) anlayışını bildirməyə başlamışdır. Bu dövrdə qarpız emojisi ilə bağlı fleşmob yaranmış, istifadəçilər bu rəmzi kanal adlarına və ləqəblərinə (nikneym) əlavə etmişlər.

22 noyabr 2022-ci il tarixdə Baxmut uğrunda gedən döyüşlərdə orijinal qarpız meminin müəllifi və "VO Musora" kanalının rəhbəri Dmitri Sidorko həlak olmuşdur.

Rusiya işğalı Xersonun Rusiya tərəfindən işğal edilməsindən dərhal sonra hərbi müdaxilə kontekstində şəhər və qarpızla bağlı mədəni reaksiyalar, o cümlədən memlər yaranmağa başlamışdır. Məsələn, 2022-ci ilin may ayının əvvəlində idmançı Jan Belenyuk üzərində "Mənim Xersonum ağzınıza sığmaz" yazılmış köynəklə fotoşəkil paylaşmışdır. Hərbçilər və jurnalistlər də qarpızla fotoşəkillər çəkdirərək bu regional memi aktuallaşdırmışdılar. Xüsusilə Konstantin və Vlada Liberovların qarpız və BM-21 "Qrad" yaylım atəşi sistemi ilə çəkdirdikləri fotoşəkil dünya miqyasında populyarlıq qazanmışdır. Bu mövzuda Mariya Şarlay, Aleksandr Kustovski və digər rəssamların əsərləri də məlumdur.

3 avqust — Beynəlxalq Qarpız Günündə qarpız memlərinin yayılmasında müəyyən artım müşahidə olunmuşdur. Xüsusilə, "GSC Game World" şirkətinin tərtibatçıları bu gün münasibətilə öz izləyicilərini təbrik etmişdilər.

28 avqust 2022-ci il tarixdə işğal altındakı ərazidən çıxarılan və 900 kilometr yol qət edən bir ədəd Xerson qarpızı hərracda iki min qrivnaya satılmışdır.

Xersonun azad edilməsi 2022-ci ilin noyabr ayının əvvəli boyunca Ukrayna Silahlı Qüvvələri Xerson istiqamətində əks-hücum əməliyyatlarını davam etdirmiş və nəticədə Xerson şəhəri Rusiya işğalından azad edilmişdir. Bu hadisədən sonra internetdə genişmiqyaslı fleşmob başlamışdır. "Telegram" kanalları, blogerlər, dövlət rəsmiləri, eləcə də dövlət və özəl şirkətlər Xersonun rəmzi olan qarpız təsvirini öz profil şəkillərinə və loqotiplərinə əlavə etmişdilər.

Sosial şəbəkələrdə öz loqotiplərini qarpız rəmzi ilə modifikasiya edən qurumlar arasında "Dzerkalo tışnya", "Bihus.İnfo", Ukrayna Ali Radasının teleqram kanalı, NABU, "Suspilne Xerson", "24-cü kanal", "Ukrpoşta", "Detektor media", "JAR" nəşri, "Ukroboronprom", "Nova Poşta", Fövqəladə Hallar üzrə Dövlət Xidməti (DSNS), "Poltavska xvılya", Ukrayna Mərkəzi Seçki Komissiyası, Dövlət Sərhəd Xidməti (DPSU), "Ukrayinska pravda", "NikVesti", "Ukrzaliznitsya", Kütləvi İnformasiya İnstitutu, "Enerqoatom", "Diya", "Kremençuq teleqrafı", "Filtr" milli media savadlılığı layihəsi, Ukrayna Daxili İşlər Nazirliyi, TSN, Ukrayna Patrul Polisi, "Kyivstar", "Rozetka", "METRO Ukraine", "EVA", "Comfy", "Foxtrot", "Eldorado", "Auchan Ukraine", "Ye" kitab evi, "Yakaboo", "Citrus", "prom.ua", "Epicentr", "PrivatBank", Ukrayna Səhiyyə Nazirliyi, "Moyo", Ukrayna Hidrometeorologiya Mərkəzi, İkinci Dünya Müharibəsində Ukrayna Tarixi Milli Muzeyi, "Silpo", "Novus", "Varus", "Armiyaİnform", "Allo", "Teritoriya Min", "Avrora", "Intertop", "Lotok", "Podorojnik", "Yuki", "Bomond", "Kolo", "Multiplex", RDA, ANC və başqaları yer almışdır.

Ukrayna Baş naziri Denis Şmıqal öz sosial şəbəkə hesablarında 10 sentyabr 2020-ci il tarixdə çəkilmiş, fermerlərin ona hədiyyə etdiyi nəhəng qarpızla olan fotosunu profil şəkli etmişdir. Həmçinin, "Ukrayna hücumu", "Perşa privatna memarnya", "Reqionaliti" kimi mem kanalları da loqotiplərini ilk yeniləyənlər sırasında olmuşdur. "Ukrpoşta" tərəfindən qarpız təsviri olan eksklüziv poçt markaları da dövriyyəyə buraxılmışdır.

Bu fleşmobdan bir neçə ay əvvəl, 9 avqust 2022-ci il tarixdə "Saki" aviabazasında partlayışlardan sonra Ukrayna şirkətləri Krımın işğaldan azad ediləcəyi gözləntisi ilə bağlı daha kiçikmiqyaslı bənzər bir aksiya keçirmişdilər.

Qalereya

İstinadlar

Kateqoriya:Rusiya–Ukrayna müharibəsi (2022–hazırda) Kateqoriya:Fleşmob Kateqoriya:Qida siyasəti Kateqoriya:Ukrayna mətbəxi Kateqoriya:Ukrayna milliyətçiliyi Kateqoriya:Xerson vilayəti