Karolina fon Perin-Qradenştayn (; ) — Avstriyalı inqilabçı və qadınların seçki hüququ hərəkatının üzvü. Həyatı Karolina fon Perin-Qradenştayn 12 fevral 1806-cı ildə Avstriya imperiyasının paytaxtı Vyanada varlı ailədə anadan olub. O, 1830-cu ildə Kristian Frayherr fon Perin-Qradenştayn ilə ailə qurub və həyat yoldaşının 1841-ci ildəki vəfatına qədər onların dörd övladı dünyaya gəlib. Onlardan yalnız üçü yetkinlik yaşına çatıb. Bir neçə il sonra o, qızı Mariyaya piano dərsi keçmək üçün bəstəkar və jurnalist Alfred Yulius Beçeri işə götürüb, sonradan onlar sevgili olublar.Hauch, p. 424
1848–1849-cu illər Avstriya inqilabının ilkin mərhələlərində fon Perin-Qradenştayn Beşerin "Radikal" (Der Radikal) qəzetini dəstəkləmiş və qadın hüquqları üçün təbliğat aparıb. Daha sonra o, kişi və qadınlar üçün bərabər hüquqları müdafiə edən, həmçinin inqilab zamanı yaralananlara tibbi yardım göstərən Vyana Demokratik Qadınlar Birliyinin (Wiener demokratische Frauenverein) prezidenti oldu. Birliyin üzvləri, avqust ayında fəhlə və tələbələrin mühafizəkar Milli Qvardiya (Nationalgarde) ilə qarşıdurması zamanı həlak olanların dəfn mərasimlərində iştirak edirdilər.
1848-ci ilin oktyabrında Vyana üsyanı zamanı hökumət qoşunları inqilabçıları darmadağın etdikdə, fon Perin-Qradenştayn həbs olundu. Beçer isə 23 noyabrda edam edildi. O, həbsxanada işgəncələrə məruz qaldı və 23 gün sonra sərbəst buraxıldı. Ölkəni tərk etmək icazəsi aldıqdan sonra, 17 aprel 1849-cu ildə Bavariya krallığının paytaxtı Münxenə mühacirət etdi. Öz xatirələrində, "Çap olunmamış qeydlər" (Ungedruckte Aufzeichnungen) əsərində Vyana üsyanı zamanı göstərdiyi fəaliyyətlərdən qismən imtina etdikdən sonra Vyanaya qayıtdı və özünü dolandırmaq üçün məşğulluq agentliyi açdı. O, bir daha siyasi fəaliyyətlərdə iştirak etmədi və 10 dekabr 1888-ci ildə vəfat etdi.Hauch, pp. 425–26 İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
ADRIANE – Perin-Gradenstein, Karoline von (geb. von Pasqualati) Austria-Forum, Die Wiener Revolution 1848 Feministische Seite der sozialistischen Jugend Unschickliche Töchter, von Angelika Hager Profil, 8. März 2012 Karoline von Perin - Pionierin für Frauenrechte, Hörfunkbetriag des ORF vom 4. März 2023
Kateqoriya:Avstriya-Macarıstan yazıçıları Kateqoriya:Avtobioqrafiyalar