Oksana İvanovna Sıroyed (; ) — ukraynalı siyasətçi və hüquqşünas. O, 2014-cü ildə Ukraynada keçirilən parlament seçkilərində Ali Radaya seçilmişdir. 2014-cü ilin dekabrında o, Ukrayna Parlamentinin sədr müavini vəzifəsini icra edən ilk qadın olmuşdur. 2019-cu ilin oktyabrından Sıroyed "Self Reliance" partiyasının lideridir.

Sıroyed həmçinin Ukrayna Hüquq Fondunun direktorudur. O, Avropa Şurasının Hüquq Demokratiya Komissiyası (Venesiya Komissiyası) tərəfindən müsbət rəy almış bir sıra qanun layihələrinin, o cümlədən "Məhkəmə quruluşu və hakimlərin statusu haqqında" Ukrayna Qanununa dəyişikliklər edilməsi barədə qanun layihəsinin həmmüəllifidir. Erkən həyatı və təhsili Oksana Sıroyed Lvov vilayətinin Sokal rayonunun kiçik Horodışçe kəndində anadan olub. 1993-cü ildə Çervonohrad 7 saylı orta məktəbini bitirib. Elə həmin il Kiyev-Mohıla Akademiyası Milli Universitetinə daxil olub və 1997-ci ildə politologiya üzrə bakalavr dərəcəsinə yiyələnib. 1998-ci ildə Sıroyed, Kiyev Universitetinin Hüquq Araşdırmaları Mərkəzində təhsil almağa başlayıb və 2000-ci ildə hüquq üzrə magistr dərəcəsinə yiyələnib. 2002-ci ildə o, Ottava Universitetində təhsil almaq üçün Kanadaya köçüb və 2003-cü ildə orada hüquq üzrə magistr dərəcəsini alıb.

Karyerası 1994-cü ildə Mixaylo Horının köməkçisi olan Sıroyed, daha sonra İqor Yuxnovski ilə birlikdə çalışıb 1997-ci ildən 2002-ci ilə qədər o, Ukraynadakı islahatları izləyən müxtəlif analitik təşkilatlarda, o cümlədən İstehsal qüvvələrinin inkişafı və istehsalat münasibətləri məsələləri üzrə idarələrarası analitik məsləhət şurasında (Ukrayna Nazirlər Kabineti), Birləşmiş Millətlər Təşkilatının İnkişaf proqramında və Beynəlxalq İnkişaf Departamentində fəaliyyət göstərib.

Kanadada təhsil aldığı müddətdə Sıroyed "Gowlings" hüquq firmasında təcrübəçi kimi çalışıb. 2004-2012-ci illərdə o, ATƏT-in Ukraynadakı Layihə Koordinatorunun milli meneceri vəzifəsində çalışıb. 2012-ci ilin sentyabrında o, xeyriyyə fondu olan Ukrayna Hüquq Fondunun direktoru olub. 1992-ci ildə təsis edilmiş və Corc Soros tərəfindən maliyyələşdirilən bu fond Ukraynanın hüquq sistemində islahatların tətbiqi istiqamətində fəaliyyət göstərir.

2014-cü ildə Ukraynada keçirilən parlament seçkiləri zamanı Oksana Sıroyed "Self Reliance" partiyasının siyahısı üzrə Ali Radaya deputat, 4 dekabr 2014-cü ildə o, Ali Radanın sədr müavini seçilmişdir.

Sıroyed 2019-cu ilin iyulunda keçirilən Ukrayna parlament seçkilərində yenidən "Self Reliance" partiyasından namizədliyini vermişdi. Lakin seçkilərdə partiya səslərin cəmi 0,62%-ni alaraq, 5%-lik seçki baryerini aşa bilmədiyi üçün, parlamentdə yer qazana bilmədi (partiya yalnız bir seçki dairəsindən 1 mandat qazanmışdı).CEC counts 100 percent of vote in Ukraine's parliamentary elections , Ukrinform (26 July 2019)Results of the extraordinary elections of the People's Deputies of Ukraine 2019 , Ukrayinska Pravda (21 July 2019)

19 oktyabr 2019-cu ildə Sıroyed partiya qurultayı tərəfindən "Self Reliance" partiyasının sədri seçilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Taras Şevçenko adına Kiyev Milli Universitetinin məzunları Kateqoriya:Ukrayna Ali Radasının VIII çağırış deputatları Kateqoriya:Ukrayna aktivistləri Kateqoriya:Siyasi partiyaların liderləri