thumb|10-cu Dünya Şəhər Forumu Ümumdünya Şəhərsalma Forumu (WUF) — şəhərsalma məsələləri üzrə dünyanın aparıcı konfransı. Bu forum 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən müasir dövrdə dünyanın üzləşdiyi ən aktual problemlərdən birini — sürətli urbanizasiyanı və onun icmalara, şəhərlərə, iqtisadiyyatlara, iqlim dəyişikliyinə və siyasətlərə təsirini araşdırmaq üçün təsis edilmişdir. Ümumdünya Şəhərsalma Forumu Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramı tərəfindən təşkil edilir və idarə olunur.
I Ümumdünya Şəhərsalma Forumu (WUF 1), Nayrobi, Keniya, 2002 II Ümumdünya Şəhərsalma Forumu (WUF 2), Barselona, İspaniya, 13–17 sentyabr 2004 III Ümumdünya Şəhərsalma Forumu (WUF 3), Vankuver, Kanada, 19–23 iyun 2006 IV Ümumdünya Şəhərsalma Forumu (WUF 4), Nankinq, Çin, 2008 V Ümumdünya Şəhərsalma Forumu (WUF 5), Rio-de-Janeyro, Braziliya, 22–26 mart 2010 VI Ümumdünya Şəhərsalma Forumu (WUF 6), Neapol, İtaliya, 1–7 sentyabr 2012 VII Ümumdünya Şəhərsalma Forumu (WUF 7), Medellin, Kolumbiya, aprel 2014 IX Ümumdünya Şəhərsalma Forumu (WUF 9), Kuala Lumpur, Malayziya, fevral 2018 X Ümumdünya Şəhərsalma Forumu (WUF 10), Əbu-Dabi, Birləşmiş Ərəb Əmirlikləri, 2020 XI Ümumdünya Şəhərsalma Forumuu (WUF 11), Katowice, Polşa, 2022 XII Ümumdünya Şəhərsalma Forumu (WUF 12), Qahirə, Misir, 2024 XIII Ümumdünya Şəhərsalma Forumu (WUF 13), Bakı, Azərbaycan, 2026
İstinadlar
Xarici keçidlər Ümumdünya Şəhərsalma Forumu – rəsmi veb sayt Kateqoriya:Şəhərsalma Kateqoriya:BMT konfransları