XIII Ümumdünya Şəhərsalma Forumu () və ya qısaca WUF13 — Bakıda 2026-cı ilin 17–22 may tarixlərində keçirilməsi planlaşdırılan, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası.

Hazırlıqlar 300px|thumb|left|Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Şəhərsalma Forumuna hazırlıqlarla tanış olur. 300px|thumb|left|Ümumdünya Şəhərsalma Forumu konqres zalı 2023-cü il dekabrın 22-də "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş" imzalanmışdır. 2024-cü ilin martında bu saziş Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuşdur. 25 aprel 2025-ci ildə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev XIII Ümumdünya Şəhərsalma Forumunun Azərbaycandakı milli kordinatoru təyin edilmişdir. 5 iyun 2025-ci ildə forumun Azərbaycanda yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsi yaradılmışdır.

2025-ci ildə imzalanan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"da Çin Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi ilə bağlı olaraq dəstəyini ifadə etmişdir.

7 oktyabr 2025-ci ildə imzalanmış, Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ Bəyannaməsində Azərbaycanda Ümumdünya Şəhərsalma Forumunun keçirilməsinin vacibliyi qəbul edilmiş, şəhər dayanıqlığı və innovasiya sahəsində əməkdaşlığı gücləndirmək üçün Ümumdünya Şəhərsalma Forumu zamanı Davamlı Şəhərlərin TDT Forumunun yaradılması haqqında Bəyannamənin imzalanması təşviq edilmişdir.

2026-cı ilin aprelində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi İqor Qarafulik bəyan etmişdir ki, 13-cü Ümumdünya Şəhər Forumu Azərbaycanın davamlı şəhər inkişafı, iqlimə davamlılıq və inklüziv artım sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirmək üçün böyük imkan yaradır və BMT bütün sistemi üzrə Azərbaycana dəstək göstərməyə hazırdır.

2026-cı ilin 16 aprelində Ümumdünya Şəhərsalma Forumunun ictimaiyyətə təqdim edilməsi məqsədilə, Vyana şəhərindəki BMT-nin Vyana Ofisində və ATƏT-in mənzil-qərargahında təhlükəsiz və dayanıqlı şəhərlər mövzusunda tədbirlər keçirilmişdir.

Bakıda təhsil və nəqliyyat məhdudiyyətləri Ümumdünya Şəhərsalma Forumuna hazırlıq çərçivəsində 2026-cı ilin aprelinin 11-dən 12-nə keçən gecə Bakı şəhərinin bir sıra küçə və prospektlərində hərəkətin müvəqqəti məhdudlaşdırılması tətbiq olunmuşdur. Bu, may ayında Ümumdünya Şəhərsalma Forumunu daha səmərəli keçirmək üçün planlaşdırılmış monitorinq tədbiri idi. Monitorinq Bakı Kristal Zalı, "Fairmont Baku Flame Towers", "Four Seasons Hotel Baku", "JW Marriott Absheron Baku", "The Ritz-Carlton", Heydər Əliyev Beynəlxalq Aeroportu və tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə etmişdir.

Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar, 17–22 may tarixlərində Bakıda distant təhsil tətbiq olunacaq.

WUF13 festivalları Azərbaycan ictimaiyyətinin 13-cü Ümumdünya Şəhərsalma Forumu haqqında məlumatlandırılması üçün Bakıda və bölgələrdə WUF13 festivalları keçiriləcək. Festivalın açılışı 28 aprel tarixində Bakıda olacaq. Daha sonra tədbirlər 29 apreldə Sumqayıtda, 30 apreldə Qubada, 2 mayda Lənkəranda, 4 mayda Qəbələdə, 5 mayda Şəkidə, 6 mayda Mingəçevirdə, 8 mayda Gəncədə keçiriləcək və 10 may tarixində Xankəndidə yekunlaşacaq.

Tədbirin planı və mövzusu XIII Ümumdünya Şəhərsalma Forumu 2026-cı ilin 17–22 may tarixlərində, Azərbaycanın paytaxt Bakı şəhərində keçiriləcək. Tədbirin keçiriləcəyi məkan Bakı Olimpiya Stadionudur. Forumun mövzusu "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri"dir. Dövlət rəsmiləri, beynəlxalq təşkilatların üzvləri və memarlıq və şəhərsalma üzrə ekspertlər bu forumda iştirak edəcəklər. Forum çərçivəsində "Urban Expo" sərgisi keçiriləcək.

İlk dəfə olaraq, Ümumdünya Şəhərsalma Forumu Liderlər Sammiti formatında keçiriləcək. 2026-cı ilin martında təsdiqlənmişdir ki, Şavkat Mirziyoyev Liderlər Sammitində iştirak edəcək. Çin elan etmişdir ki, 13-cü Ümumdünya Şəhərsalma Forumunda fəal iştirak edəcək. Banqladeşin Azərbaycan səfiri bildirmişdir ki, Banqladeş mümkün olan ən yüksəksəviyyəli nümayəndə heyəti ilə forumda iştirak edəcək.

Forum Bakıda təşkil edilsə də, Azərbaycan Böyük Qayıdış çərçivəsində gördüyü işləri forum iştirakçıları ilə bölüşmək istədiyi üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına forum iştirakçılarının səfərləri təşkil ediləcək.

İştirakçı liderlər Azərbaycan Prezidenti İlham Əliyev (ev sahibi ölkənin lideri) Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Serbiya Prezidenti Aleksandr Vuçiç Bolqarıstan Prezidenti İliyana Yotova

Xatirəsi 15 aprel 2026-cı ildə Azərpoçt bəyan etmişdir ki, Ümumdünya Şəhərsalma Forumu çərçivəsində xüsusi poçt markalarının təqdimatı keçiriləcək.

İstinadlar

Xarici keçidlər Ümumdünya Şəhərsalma Forumunun rəsmi veb-saytı XIII Ümumdünya Şəhərsalma Forumunun rəsmi veb-saytı

Kateqoriya:2026-cı ildə Azərbaycan Kateqoriya:Şəhərsalma Kateqoriya:Bakıda tədbirlər Kateqoriya:17 maydakı hadisələr Kateqoriya:18 maydakı hadisələr Kateqoriya:19 maydakı hadisələr Kateqoriya:22 maydakı hadisələr Kateqoriya:Beynəlxalq konfranslar