Ali Məhkəmə və ya Kassasiya Məhkəməsi — məhkəmələr iyerarxiyası daxilindəki ən yüksək məhkəmə. Bir qayda olaraq, ali məhkəmənin qərarları bir ölkədəki digər bütün məhkəmələr üçün bağlayıcıdır və başqa hər hansı bir məhkəmə tərəfindən yenidən nəzərdən keçirilə bilməz. Ali məhkəmələr, adətən, aşağı instansiya məhkəmələrinin və ya orta səviyyəli apellyasiya məhkəmələrinin qərarlarından verilmiş şikayətləri tədqiq edən kassasiya instansiyası kimi fəaliyyət göstərir. Müəyyən hallarda, xüsusilə də konstitusiya hüququ ilə bağlı məsələlərdə, ali məhkəmə birinci instansiya məhkəməsi rolunda da çıxış edə bilər.
Lakin bütün ali məhkəmələr bu cür adlandırılmır. Kontinental hüquq sistemində olan dövlətlər tək bir ali məhkəməyə sahib olmamağa meyllidirlər. Bəzi yerlərdə "Ali Məhkəmə" adlandırılan orqan, əslində ən yüksək məhkəmə deyil; Nyu-York Ali Məhkəməsi, bir neçə Kanada əyalətinin/ərazisinin ali məhkəmələri, habelə daha yüksək apellyasiya məhkəmələrinə tabe olan keçmiş İngiltərə və Uels Ali Məhkəməsi və Şimali İrlandiya Ali Məhkəməsi buna nümunədir.
İstinadlar
Ədəbiyyat siyahısı
Верховный уголовный суд // Малый энциклопедический словарь Брокгауза и Ефрона. — 2-е изд., вновь перераб. и значит. доп. — Т. 1—2. — СПб., 1907—1909. Верховный уголовный суд // Большая советская энциклопедия : в 66 т. (65 т. и 1 доп.) / гл. ред. О. Ю. Шмидт. — М. : Советская энциклопедия, 1926—1947. Верховный суд СССР // Большая советская энциклопедия : в 66 т. (65 т. и 1 доп.) / гл. ред. О. Ю. Шмидт. — М. : Советская энциклопедия, 1926—1947.
Kateqoriya:Hüquq Kateqoriya:Məhkəmələr Kateqoriya:Ali məhkəmə Kateqoriya:Növlərinə görə məhkəmələr Kateqoriya:Ali məhkəmələr