Kommersiya daşınmaz əmlakı — kommersiya fəaliyyətində istifadə edilən, mütəmadi mənfəət əldə etmək, kapital artımı, icarə gəliri və ya investisiya gəliri qazanmaq məqsədi daşıyan bina, qurğu və ya torpaq sahələri. Kommersiya daşınmaz əmlakına ofis binaları, sənaye obyektləri, mehmanxanalar, mağazalar və ticarət mərkəzləri, kənd təsərrüfatı müəssisələri, anbarlar və qarajlar daxildir.

Kateqoriya Nümunələr Sərbəst təyinatlı Otellər, restoranlar, kafelər, idman qurğuları Pərakəndə ticarət Mağazalar, ticarət mərkəzləri Ofis təyinatlı Kabinetlər, ofis binaları İndustrial (Sənaye) İstehsalat binaları, anbar sahələri, sənaye müəssisələri Mənzillər Çoxmənzilli binalar, günlük kirayə mənzillər Sosial təyinatlı Tibb mərkəzləri, hovuzlar, qolf klubları, boulinq mərkəzləri, hava limanları

Təqdim olunan kateqoriyalardan ilk 4 (dörd) qrup birbaşa kommersiya daşınmaz əmlakına aiddir. Sonuncular isə daha çox yaşayış və sosial yönümlü obyektlər hesab olunur ki, onların kommersiya məqsədilə istifadəsi mənfəət gətirə bilər.

Kommersiya daşınmaz əmlakı — torpaq sahələri, yeraltı sərvətlər, xüsusi su obyektləri, meşələr, çoxillik əkmələr və torpaqla möhkəm bağlı olan digər əmlaklardır (binalar, qurğular, obyektlər). Daşınmaz əmlaka həmçinin torpaq üzərindəki əşya hüquqları da daxildir. Dövlət qeydiyyatına alınmalı olan hava və dəniz gəmiləri, kosmik obyektlər də daşınmaz əmlak hesab olunur. Əmlak o zaman kommersiya təyinatlı olur ki, onun istifadəsindən daimi gəlir əldə edilməsi nəzərdə tutulsun.

Yaşayış daşınmaz əmlakı da mənfəət gətirdiyi təqdirdə kommersiya əmlakı kimi təsnif edilə bilər. Məsələn, çoxmənzilli yaşayış binası kommersiya daşınmaz əmlakı sahəsinə aiddir, lakin hər bir mənzil ayrıca fərdi yaşayış sahəsidir. Çoxmənzilli binanın inşası investisiya layihəsidir və mənfəət məqsədi daşıyır. Eyni zamanda, mənzillər satıldıqdan sonra layihə kommersiya xarakterini itirərək fərdi yaşayış sahəsinə çevrilir.

İstinadlar

Ədəbiyyat siyahısı

Евгений Ардемасов. «Офисная коммерческая недвижимость России. Информационно-аналитический справочник.»

Xarici keçidlər

Порядок регистрации права собственности на недвижимость

Kateqoriya:Daşınmaz əmlak Kateqoriya:İqtisadiyyat Kateqoriya:Maliyyə Kateqoriya:Kommersiya əmlakı Kateqoriya:Kommersiya tikililəri