Cek Steynberger (, doğum adı: Hans Yakob Steynberger; 25 may 1921 – 12 dekabr 2020) — maddənin elementar tərkib hissələri hesab olunan neytrinolar üzərindəki tədqiqatları ilə tanınan alman mənşəli amerikalı fizik. O, muon neytrinosunun kəşfinə görə 1988-ci ildə Leon Maks Lederman və Melvin Şvarts ilə birlikdə Fizika üzrə "Nobel" mükafatına layiq görülmüşdür. Eksperimental elementar zərrəcəklər fizikası sahəsindəki fəaliyyəti dövründə Berkli Kaliforniya Universiteti, Kolumbiya Universiteti (1950–1968) və CERN-də (1968–1986) müxtəlif vəzifələr tutmuşdur. Steynberger, həmçinin 1988-ci ildə ABŞ Milli Elm Medalı, 1990-cı ildə isə İtaliya Elmlər Akademiyasının Matteuççi medalı ilə təltif edilmişdir.

Erkən həyatı və təhsili

Steynberger 25 may 1921-ci ildə Almaniyanın Bavariya əyalətində, Bad Kissingen şəhərində yəhudi ailəsində anadan olmuşdur. Almaniyada nasizmin yüksəlişi və açıq antisemitizm dalğası valideynlərini — kanto və din müəllimi Lüdviq Lazarus ilə Berta May Steynbergeri onu ölkədən kənara göndərməyə sövq etmişdir.

Steynberger 13 yaşında qardaşı Herbert ilə birlikdə transatlantik səfərə çıxaraq ABŞ-yə mühacirət etmişdir. ABŞ-dakı yəhudi xeyriyyə cəmiyyətləri Barnet Farrollun ona himayədar valideyn kimi baxmasını təşkil etmişdir. Steynberger İllinoys ştatının Vinnetka şəhərindəki "New Trier Township" liseyində təhsil almışdır. 1938-ci ildə o, valideynləri və kiçik qardaşı ilə yenidən bir araya gəlmişdir.

Steynberger Armour Texnologiya İnstitutunda (hazırkı İllinoys Texnologiya İnstitutu) kimya mühəndisliyi üzrə təhsil alsa da, təqaüdü kəsildikdən sonra ailə büdcəsinə kömək etmək üçün təhsilini yarımçıq qoymuşdur. 1942-ci ildə Çikaqo Universitetində kimya üzrə bakalavr dərəcəsi almış, qısa müddət sonra isə Massaçusets Texnologiya İnstitutunda Siqnal Korpusuna qoşulmuşdur. "G.I. Bill" (Hərbçilərin Reabilitasiya Aktı) proqramının dəstəyi ilə 1946-cı ildə Çikaqo Universitetində aspirantura təhsilinə qayıtmış və burada Edvard Teller və Enriko Ferminin rəhbərliyi altında tədqiqatlar aparmışdır. Onun doktorluq dissertasiyası myuon parçalanması zamanı ayrılan elektronların enerji spektri mövzusuna həsr olunmuşdur. Tədqiqatın nəticələri bunun üç cisimli parçalanma olduğunu sübut etmiş və prosesdə bir deyil, iki neytral zərrəciyin (sonradan elektron () və muon () neytrinoları kimi müəyyən edilmişdir) iştirak etdiyini göstərmişdir.

İstinadlar

Xarici keçidlər Jack Steinberger at CERN Jack Steinberger at Biographical Memorial Book of the Jews of Bad Kissingen

Kateqoriya:25 mayda doğulanlar Kateqoriya:1921-ci ildə doğulanlar Kateqoriya:12 dekabrda vəfat edənlər Kateqoriya:2020-ci ildə vəfat edənlər Kateqoriya:Cenevrədə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:ABŞ fizikləri Kateqoriya:Berkli Kaliforniya Universitetinin müəllimləri Kateqoriya:ABŞ Milli Elmlər medalı ilə təltif olunanlar Kateqoriya:Əlifba sırasına görə Nobel mükafatı laureatları Kateqoriya:İllinoys Texnologiya İnstitutunun məzunları Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:Fizika üzrə Nobel mükafatı laureatları Kateqoriya:ABŞ ateistləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Almaniya yəhudiləri Kateqoriya:Almaniyadan ABŞ-yə mühacirət edənlər