Əbu Bəkr Abdullah ibn Əbi Davud Süleyman ibn Əşas əs-Sicistani (; ) — Əbu Davudun oğlu, hədis hafizi.

Bioqrafiyası Hicri 230-cu (844) ildə Sicistanda doğulub. Nisbəsi "Əzdi"dir. İlk hədis təhsilini Məhəmməd ibn Əsləmdən alıb.

Atası ilə birlikdə Xorasan, İsfahan, Bəsrə, Bağdad, Kufə, Mədinə, Məkkə, Misir və başqa yerlərə elmi səyahətlər edib və Fəllas, Bündər, Əli ibn Həşrəm, Harun ibn İshaq, İbn Əbu Heysəmə, Əbu Züra ər-Razi və Zöhli kimi alimlərdən hədis təhsili alıb.

Bağdada köçərək dərs deməyə başlayıb. İbn Hibban, Hakim əl-Kəbir, İbn əl-Muqri əl-İsfəhani, Darəqutni, İbn Şahin və Əbu Bəkr əl-Əhbər kimi alimlər ona tələbəlik edib.

Hicri 280-ci (893) ildə Həmədanın bütün alimlərinə hədis yazdırıb. Zəhəbinin verdiyi məlumata görə isə, əzbərdən yazdırdığı 30 min hədisin yalnız 3-ündə səhv edib.

Sələf əqidəsinə mənsub olan İbn Əbu Davud hicri 316-cı (929) ildə Bağdadın Rusafə məntəqəsində vəfat etmişdir.

İbn Əbu Davud "Kitabül-Məsahif", "Kitabül-Bəs" və başqa əsərlərin müəllifidir.

İstinadlar Kateqoriya:Ravilər