II Fridrix Fransisk (; ) — Böyük Meklenburq-Şverin hersoqu.

1823-cü ildə Lüdviqslustdə dünyaya gəldi. Atası Şahzadə Pavel Fridrix ilk Böyük Meklenburq-Şverin hersoqu I Fridrix Fransiskin nəvəsi, anası Şahzadə Aleksandrina isə Prussiya kralı III Fridrixin qızıdır. Doğulduğu əsnada atası taxtın varisi idi və 1837-ci ildə ulu babasının ölümüylə özü taxt varisi oldu. 1838-ci ilədək xüsusi saray təlim-tərbiyəsi alsa da, daha sonra Drezden və Bonn Universitetlərində təhsil aldı.

Atasının vəfatının ardından 1842-ci ildə taxta çıxdı. İkinci Şlezviq müharibəsi və Fransa–Prussiya müharibəsi dövrlərində Prussiya ordusunda iştirak etdi. Alman imperatoru III Fridrix onun dayısı oğlu, rus çarı II Aleksandr isə onun atasının dayısı oğlu idi. Qohumluq əlaqələri səbəbilə alman və rus ordularında yüksək hərbi rütbələr qazandı.

İlk evliliyi 3 noyabr 1849-cu ildə Lüdviqslustdə alman əsilzadəsi Şahzadə Avqusta Reyslə baş tutdu və cütlüyün bu nigahdan 6 övladı doğuldu.

III Fridrix Fransisk (1851-1897) Pavel Fridrix (1852-1923) Mariya Aleksandra (1854-1920) Nikolay (1855-1856) Con Albert (1857-1920) Aleksandr (13 avqust 1859), doğulduğu gün vəfat etdi.

Xanımının vəfatından sonra 4 iyul 1864-cü ildə Darmştadtda Böyük Hesse hersoqu II Lüdovikin nəvəsi Şahzadə Anna ilə evləndi. Cütlüyün bir qızı doğulsa da, qızının doğumundan sonra xanımı vəfat etdi.

Anna Yelizaveta (1865-1882)

Üçüncü evliliyi isə 4 iyul 1868-ci ildə Rudolştadtda alman əsilzadəsi Şahzadə Mariya ilə baş tutdu. Cütlüyün bu nigahdan 4 övladı doğuldu.

Yelizaveta Aleksandrina (1869-1955) Fridrix Vilhelm (1871-1897) Adolf Fridrix (1873-1969) Henri Vladimir (1876-1934)

Mənbə

Ədəbiyyat

"Obituary - Friedrich Franz II". New York Times. 1883-04-16 Garlington, JC (1852). The Men of the Time, Or, Sketches of Living Notables. Redfield. p. 349

İstinadlar

Kateqoriya:Fransa–Prussiya müharibəsi iştirakçıları Kateqoriya:Rusiya imperiyası general-feldmarşalları Kateqoriya:Meklenburq-Şverin sülaləsi Kateqoriya:Almaniya protestantları Kateqoriya:Almanlar Kateqoriya:Prussiya generalları