I Karl (; ) — Böyük Baden hersoqu.

1786-cı ildə Karlsruedə dünyaya gəldi. O əsnada babası Karl Fridrix Vahid Baden markqrafı idi. 1801-ci ildə atasıyla çıxdığı Rusiya səyahətindən dönüşdə atasının ölümünün ardından babasının varisi oldu. Bütün etirazlarına baxmayaraq, babasının istəyilə 8 aprel 1806-cı ildə Parisdə Napoleon Bonapartın övladlıq qızı Stefaniya ilə evləndirildi. Cütlüyün bu nigahdan 5 övladı doğuldu.

Lüdovika Amaliya (1811-1854) Ölü doğulan oğlan uşağı (29 sentyabr 1812) Jozefina (1813-1900) Aleksandr (1816-1816) Mariya Amaliya (1817-1888)

1807-ci ildə Baden birliyinin komandanı olaraq Napoleon müharibələrinə qatıldı və Qdansk mühasirəsində iştirak etdi. Ancaq babasının xeyli yaşlı olması və dövlət idarəsindəki çətinliyi səbəbilə ertəsi il geri döndü. Babasının 1811-ci ildə vəfatından sonra taxta çıxdı.

Səltənət illərində xarici əlaqələrdə uğurlu oldu. Belə ki, bacılarından biri Bavariya kralı I Maksimilyanla, biri Rus çarı I Aleksandrla, biri İsveç kralı IV Qustav Adolfla, biri isə Böyük Hesse hersoqu II Lüdoviklə evli idi. Ancaq doğulan oğul övladları körpə ikən vəfat etmişdi və bir varisi yox idi. Üstəlik doğma əmilərinin də həyatda qalan oğlu qalmamışdı. Şəcərənin davamını təmin etmək məqsədilə, 4 oktyabr 1817-ci ildə aldığı qərarla babasının ikinci evliliyindən doğulan övladlarına Baden şahzadəsi ünvanı verərək monarx ailəsinə qəbul etdi. Bu isə ölkənin Bavariya krallığına birləşdirilməsinin qarşısını aldı.

Mənbə

Ədəbiyyat

Frei, Alfred; Kurt Hochstuhl; G. Braun (1996). Wegbereiter der Demokratie (in German). G. Braun Buchverlag. ISBN 3-7650-8168-X

İstinadlar

Kateqoriya:Almanlar Kateqoriya:XIX əsr Almaniya şəxsləri