I Fridrix (; ) — Böyük Baden hersoqu.
1826-cı ildə Karlsruedə dünyaya gəldi. Atası Şahzadə Leopold ilk Böyük Baden hersoqu Karl Fridrixin ikinci evliliyindən doğulan oğlu, anası isə İsveç kralı IV Qustav Adolfun qızı Şahzadə Sofiyadır. Doğulduğu əsnada sonsuz olan ögey əmisi I Lüdovikin səltənəti davam edirdi və atası taxtın varisi elan olunmuşdu. Hələ 4 yaşında ikən atası taxta çıxdı.
Taxtın gələcək varisləri kimi o və qardaşı Şahzadə Lüdovik müasir təhsil aldılar və tez-tez şimali İtaliya və Hollandiyaya səyahətlər etdilər. 1842-ci ildə qardaşıyla birlikdə Vyanaya göndərildilər. Burada bir il qalan qardaşlar mühüm dövlət xadimləriylə rəsmi görüşlərə qatıldılar. Əqli xəstə olan qardaşı II Lüdovikin səltənəti boyunca naib olaraq dövləti idarə etdi. Bu dövrdə Alman imperatoru I Vilyamın qızı Luiza ilə evləndi. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.
II Fridrix (1857-1928) Viktoriya (1862-1930) Lüdovik (1865-1888), pnevmoniyadan vəfat etdi. Heç vaxt evlənmədi və övladı olmadı.
Qardaşının 1858-ci ildə ölümünün ardından taxt varisi olaraq taxta çıxdı.
Mənbə
Ədəbiyyat
M. & B. Wattel (2009). Les Grand'Croix de la Légion d'honneur de 1805 à nos jours. Titulaires français et étrangers. Paris: Archives & Culture. p. 419. ISBN 978-2-35077-135-9 Jørgen Pedersen (2009). Riddere af Elefantordenen, 1559–2009 (in Danish). Syddansk Universitetsforlag. p. 463. ISBN 978-87-7674-434-2
İstinadlar
Kateqoriya:"Fəxri legion" ordeninin Böyük xaçı kavalerləri Kateqoriya:Almanlar Kateqoriya:XX əsr Almaniya şəxsləri Kateqoriya:XX əsr monarxları Kateqoriya:XIX əsr Almaniya şəxsləri Kateqoriya:Kolleksiyaçılar