I Karl (; ) — Vürtemberq kralı.
Atasının yeganə oğlu kimi onun ölümünün ardından 1864-cü ildə taxta çıxdı. Atasının dövründə başlanan, ancaq son illərdə səngiyən reform hərəkatını davam etdirdi. Avstriya-Prussiya müharibəsində Avstriyanı dəstəkləsə də, sonrakı illərdə Fransa-Prussiya müharibəsində Prussiya ilə müttəfiq oldu. 1870-ci ildə könülsüz şəkildə Prussiyanın liderliyindəki yeni Almaniya imperiyasına qatıldı.
1846-cı ildə Rusiya çarı I Nikolayın qızı Olqa Nikolayevna ilə evlənsə də, I Karlın homoseksuallığı səbəbilə cütlüyün övladı olmadı. 1870-ci ildə xanımının qardaşı qızı olan Vera Konstantinovnanı övladlığa götürdülər. Hakimiyyətinin son illərində I Karl dövlət işlərindən uzaqlaşdı və kişi sevgililəriylə çıxan skandal münasibətləriylə məşğul oldu. Ölümünün ardından bacısı oğlu II Vilyam taxta çıxdı.
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:"Fəxri legion" ordeninin Böyük xaçı kavalerləri