Quiro () — Kuba və Puerto-Rikoda məşhur zərb musiqi aləti. O, səthində oymaları olan balqabaq ağacının meyvəsindən hazırlanmış Latın Amerikası musiqi alətidir. Müasir quirolar tez-tez oyma metal boru və ya qabırğalı taxta lövhə şəklində olur. Quiro ifaçısı (adətən müğənni) boru üzərindən pua çəkir və xarakterik cingilti səsi çıxarır. "Quiro" sözü Avropa müstəmləkəçiliyindən əvvəl Antil adalarında yaşayan Taino hindularının dilindən gəlir. Müasir quirolar müxtəlif materiallardan hazırlanır, balqabaq meyvəsi, balqabaq (Lagenaria vulgare), ağac, plastik və metal.
Ənənəvi olaraq, daha kəskin səsə malik merenqdə metal güiro, salsa və ça-ça-çada isə taxta güiro və ya higüerodan hazırlanmış ənənəvi güiro istifadə olunur. Quiro üçün digər adlara kalabazo, ralladera və raskador daxildir.
İstinadlar
Xarici keçidlər
Picture and description of a güiro made by the Taínos Video demonstrating how to play the güiro by :en:Bobby Sanabria affiliated with Jazz at Lincoln Center
Kateqoriya:Zərb musiqi alətləri