Dholak — Hindistanmənşəli zərb musiqi aləti. O, müxtəlif diametrli iki başlığı olan çəllək formalı taxta barabandır.
Alət əllər və ya xüsusi çubuqla çalınır. Ayaqları çarpaz oturaraq, baraban dizdə dayanaraq və ya qayışla ayaq üstə ifa edilə bilər. Başların gərginliyi halqalar və iplər sistemi ilə tənzimlənir. Bu alət Şimali Hindistanda, Pakistanda və Nepalda geniş yayılmışdır. Həmçinin Surinam, Trinidad və Tobaqo və Fransız Qvianasının hind əhalisi arasında çox populyardır.
Dholak ritual musiqidə, eləcə də xalq mahnı və rəqslərində istifadə olunur.
İstinadlar
Kateqoriya:Zərb musiqi alətləri Kateqoriya:Hindistan musiqi alətləri