Aqnes Hohenştaufen (; ) — Almaniya kralı III Konradın qızı və böyük Kiyev knyazı İzyaslav Mstislaviçin həyat yoldaşı.
Həyatı Hohenştaufen sülaləsindən gələn Aqnesin valdeyinləri Almaniya kralı III Konrad və Gertruda fon Rotenburq idi. Doğum ili məlum deyil, ehtimal olunur ki, 1116 və ya 1118-ci ildə anadan olub. Kiyev knyazı Mstislav İzyaslaviçin hakimiyyətinin sonunda o, onun oğlu İzyaslavla evləndi. 1135-ci ildə o, əri ilə birlikdə Vladimir-Volınskiyə yola düşdü. 1140-cı illərdə Pereyaslavl knyaginyası oldu.
1146-1149-cu illərdə İzyaslav Mstislaviç Kiyevdə hökmranlıq edəndə Aqnes böyük knyaginya oldu. 1149-cu ildə siyasi qarşıdurmalar səbəbindən o, Kiyevi tərk etdi. 1151-1154-cü illərdə İzyaslav Mstislaviç yenidən Kiyevin böyük knyazı oldu. Aqnes Hohenştaufen məhz həmin 1151-ci ildə vəfat etdi.
thumb|307x307px|Aleksandrovskaya qəsəbəsindəki çar skriptoriyasının xidmətçiləri almaniyalı Aqnes Hohenştaufenin vəfatını belə təsvir etmişdilər
Övladları Mstislav (təxminən 1125/1126 və ya hardasa 1132/1135 — 19 avqust 1170) — 1167-1170-ci illərdə böyük Kiyev knyazı Qızı, adı məlum deyil (1171-ci ildən sonra vəfat etmişdir) — 1143-cü ildən Polotsk knyazı Roqvolod Borisoviçin həyat yoldaşı. Yevdokiya İzyaslavna (? — 1151-ci ildən sonra) — 1154-cü ildən sonra Polşa knyazı III Meşkonun həyat yoldaşı Yaroslav İzyaslaviç (təxminən 1133/1136 — 1173-cü ildən sonra, 1180-cü ilədək) — 1173-1174-cü illərdə böyük Kiyev knyazı Yarpolok İzyaslaviç (1143/1147 — 7 mart1168) — Bujsk və Şumsk knyazı
Ədəbiyyat