Aleksey Şuşerov — Bakıda fəaliyyət göstərmiş mülki mühəndis və pedaqoq. Uzun illər Bakı Texniki Peşə Məktəbində və Bakı Politexnik İnstitutunda pedaqoji fəaliyyət göstərib. Bakıda yerləşən Beşmərtəbənin və Quba şəhərində yerləşən Tağlı körpünün memarıdır.

Haqqında Aleksey Şuşerov 1873-cü ildə anadan olub. Sankt-Peterburq Mülki Mühəndislər İnstitutunu bitirdikdən sonra mülki mühəndis kimi fəaliyyətə başlayıb. 1893–1895-ci illərdə Quba şəhərində Qudyalçay üzərində tikilmiş Tağlı körpünün memarı olub. 1901–1902-ci illərdə Bakı quberniyasında tikinti işləri üzrə icraçı vəzifəsində fəaliyyət göstərib. 1913–1917-ci illərdə Bakıda fəaliyyət göstərən Bakı Rəssamlıq Cəmiyyətinin idarə heyətinin üzvü olub. Bakı Texniki Peşə Məktəbində pedaqoji fəaliyyətlə məşğul olub. 1920-ci il noyabrın 14-də Bakı Texniki Peşə Məktəbinin əsasında yaradılmış M. Əzizbəyov adına Bakı Politexnik İnstitutunda Elmi Şuranın üzvü olub və pedaqoji fəaliyyətini davam etdirib. 1933-cü ildə M. Finkelşteyn ilə birlikdə hazırladığı layihə əsasında Bakıda Beşmərtəbə binası tikilib.

1942-ci ildə dünyasını dəyişib.

İstinadlar

Kateqoriya:Azərbaycan memarları