Malayziyanın Azərbaycandakı səfirliyi — Malayziyanın Azərbaycanda diplomatik nümayəndəliyi. Səfirlik Malayziyanın rəsmi nümayəndəliyi olaraq Malayziya ilə Azərbaycan arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Malayziyanın siyasi, iqtisadi, maliyyə və hüquqi məsələlər, eləcə də elm, təhsil, mədəniyyət və s. sahələrində maraqlarını Azərbaycanda təmsil edir.

Azərbaycan Malayziya ilə İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq edir. Azərbaycan hökuməti BMT Təhlükəsizlik Şurası çərçivəsində Malayziyanın mövqeyini dəstəkləyir.

Tarixi Malayziya Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb.Embassy of the Republic of Azerbaijan to Malaysiya, Kuala Lumpur

Azərbaycan ilə Malayziya arasında diplomatik əlaqələr ilk dəfə 1993-cü il aprelin 5-də qurulub.REPUBLIC OF AZERBAIJANMINISTRY OF FOREIGN AFFAIRS

Azərbaycan Kuala-Lumpurda səfirliyini 2007-ci ilin iyununda açdı.

Malayziyanın Bakıdakı nümayəndəliyi 2014-cü il aprelin 1-də açılıb.Azərbaycan-Malayziya sənədləri imzalanıb

12 sentyabr 2014-cü il tarixində Malayziyanın Azərbaycanda səfirliyi açılıb.Bakıda Malayziya səfirliyinin rəsmi açılış mərasimi olub

Parlamentlərarası əlaqələri Azərbaycan Milli Məclisində Azərbaycan — Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupu işləyir.

Malayziya Parlamentində Azərbaycan daxil olmaqla Qərbi Asiya Regionu üzrə Parlamentlərarası dostluq qrupu yaradılıb.Azerbaijan - Malaysia Relations

Malayziyanın Azərbaycanda səfirləri Malayziyanın Azərbaycanda səfiri Malayziyanı Azərbaycan Respublikasında təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir.

Səfir Müddət başlanğıcı Müddətin sonuDato Roslan Tan Sri Abdul Rahman 2014İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib 09 sentyabr 2014 2019Yubazlan Bin Yusof 2019 2023 Ahmad Kamrizamil Bin Mohd Rza 2023

Viza tələbləri Malayziya ilə Azərbaycan arasında vizasız rejim mövcuddur. Azərbaycan vətəndaşlarına Malayziyada 3 ay müddətində vizasız qalmaq hüququ verilir.

Malayziya vətəndaşları Azərbaycana gələrkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında viza ala bilər və onlar 3 ay müddətində Azərbaycanda vizasız qala bilər.

İstinadlar

Xarici keçidlər Embassy of the Republic of Azerbaijanto Malaysia, Kuala Lumpur Embassy of Malaysia Baku, Azerbaijan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

Azərbaycan–Malayziya münasibətləri Kateqoriya:Malayziya Kateqoriya:Malayziyanın xarici siyasəti Kateqoriya:Azərbaycan–Malayziya münasibətləri Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Malayziyanın ikitərəfli əlaqələri Kateqoriya:Azərbaycanın diplomatik nümayəndəlikləri