Trundun və ya bullroarer, həmçinin rombus — səs mənbəyi simli və ya membranlı alətlər istifadə etmədən havanın titrəməsi ilə işləyən musiqi aləti.
Trundun Avstraliya aborigenlərinin qədim alətidir. Bu alət həm ritual məqsədli, həm də kommunikasiya vasitəsi kimi istifadə olunur. Trundun dairəvi hərəkət və havada dövr etmə xüsusiyyətlərinə sahib olduğu üçün mistik və təbiətə uyğun bir səs yaradır.
Trundun qədim dövrlərdən müxtəlif mədəniyyətlərdə istifadə olunan musiqi və siqnal alətidir. Avstraliya aborigenləri, xüsusən şaman ayinlərdə və dini mərasimlərdə bu alətə geniş yer vermişlər. Alətin əsas məqsədi, ruhlarla əlaqə qurmaq, müqəddəs məkanların qorunması və ritualın möhkəmləndirilməsi olub. Bullroarer həmçinin qədim dövrlərdə siqnal vermək üçün istifadə edilirdi. Məsələn uzaq məsafələrə xəbər göndərmək və ya qəbilələr arasında əlaqə yaratmaq üçün istifadə olunurdu.
Trundun adətən taxta, sümük və ya daşdan hazırlanır və uzunluğu 50–60 santimetr arasında olur. Alətin ən xarakterik xüsusiyyəti onun ipə bağlanmış taxta bir parçası olmasıdır. Bu taxta parça uzun və dar olur, qısa ipə bağlanır və havada fırladılaraq səs çıxarır. Trundun çalınarkən, istifadəçi onu yüksək sürətlə döndərir, nəticədə havanın təzyiqi və alətin fırlanması səbəbindən yüksək, uğultulu əs meydana gəlir. Bu səs adətən uca olur, təbiətdə və başqa alətlərdə olan səs çıxarır.
İstinadlar
Ədəbiyyat Franciscan Fathers. An Ethnologic Dictionary of the Navaho Language. Saint Michaels, Arizona: Navajo Indian Mission (1910.
Lang, A. "Bull-roarer", in J. Hastings, "Encyclopedia of Religion and Ethics II", p. 889–890 (1908–1927). Kroeber, A. L. "Ethnology of the Gros Ventre", Anthropological Papers of the American Museum of Natural History pp. 145–283. New York: Published by Order of the Trustees (1908). Powell, J. W. (Director). Ninth Annual Report of the Bureau of Ethnology to the Secretary of the Smithsonian Institution 1887-'88. Washington, D. C.: Government Printing Office (1892). Hart, Mickey Planet Drum, A Celebration of Percussion and Rhythm pp. 154–155. New York: HarperCollins (1991). Battaglia, R., Sopravvivenze del rombo nelle Province Venete (con 7 illustrazioni), Studi e Materiali di Storia delle Religioni 1 (1925), pp. 190–217.
Xarici keçidlər
Kateqoriya:Magiya əşyaları Kateqoriya:Folklor