Melaniparus funereus (Qonur arıquşu) — "Paridae" fəsiləsinə aid olan bir quş növü. Qonur arıquşu əvvəllər "Arıquşu" (Parus) cinsinə daxil edilən bir çox növdən biri idi. 2013-cü ildə nəşr edilmiş molekulyar filogenetik təhlil əsasında yenidən bərpa edilmiş "Melaniparus" cinsinə köçürüldü.
Bu quşun Afrika mərkəzində məlum olmayan populyasiya ölçüsü var. Qonur arıquşu demək olar ki, tamamilə qara rəngdə olması ilə tanınır, dişi və ya erkək olmasından asılı olaraq qəhvəyi və ya boz çalarlara malikdir. Nisbətən kiçik və ya orta ölçülü bir quşdur; cinsindən asılı olaraq 13–15 sm arasında dəyişə bilər. Qırmızı gözləri və "dree di-di-di" kimi səslənən cığırdayan səsi ilə xarakterizə olunur.
Xüsusiyyətlər
Erkəklər əsasən qara rəngdədir və yeganə fərqli rəng gözlərindədir. Gözləri demək olar ki, həmişə qırmızıdır, lakin qırmızıdan narıncı-qırmızıya qədər dəyişə bilər. Qonur arıquşunun başqa bir əsas xüsusiyyəti onun kiçik dimdiyidir, bu da onu asanlıqla tanımağa imkan verir. Ümumilikdə, erkək fərdlər daha böyükdür və uzunluqları 14–15 sm arasında dəyişir.
Dişi fərdlər də erkəklərə bənzər xüsusiyyətlərə malikdir, lakin üst bədən hissələri daha çox qara-boz rəngdədir. Quyruqları boz və qəhvəyi kənarlıdır, lakin dimdiyi hələ də kiçikdir və gözləri qırmızı və ya narıncıdır. Ümumilikdə, dişilərin xüsusiyyətləri erkəklərdən daha açıqdır, çünki dişilərin alt hissələri və üzləri erkəklərə nisbətən daha yumşaqdır. Dişilərin uzunluğu 13–14 sm arasında dəyişir.
Cavan fərdlər də, erkəklərlə eyni xüsusiyyətlərə malikdir, lakin üst hissələri daha çox qara-qəhvəyi rəngdədir və dişilərdə parlaq lələklər yoxdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Afrika quşları Kateqoriya:1855-ci ildə təsvir edilən quşlar Kateqoriya:1855-ci ildə təsvir edilən heyvanlar Kateqoriya:Əlifba sırasına görə heyvanlar