Hacı Bayram Vəli (; ) — Bayramiyyə təriqətinin banisi. O, Anadoluda doğulub böyüyən bir türk tərəfindən qurulmuş ilk təriqətin banisi hesab olunur.
Bioqrafiyası Haqqındakı bəzi məlumatlar ziddiyyətlidir. O, XIV əsrin birinci yarısında Orxan Qazi dövründə Ankarada dünyaya gəldiyi güman edilir. Əsl adının Numan ibn Əhməddir. Bayram təxəllüsü ona Həmid Vəli ilə Qurban bayramında qarşılaşmasından sonra verilmişdir. Hacı Paşa, Ahi Sultan, Qaşıqçıbaşı və Vəli ləqəbləri ilə tanınmışdır. Hacı tituluna isə müəllimi Həmid Vəli ilə birlikdə həcc ibadətini yerinə yetirdiyi üçün yiyələnmişdir. Dövrünün elm adamlarından təhsil almış və əsərlərini türk dilində qələmə almışdır. O, hicri 833-cü (1429 və ya 1430) ildə Ankarada vəfat etmişdir. Nəşi Ağşəmsəddin tərəfin yuyulmuş və cənazə namazı qılınmışdır. Məzarı Hacı Bayram məscidinin qibləsi istiqamətində yerləşir. Hacı Bayramın yolu ölümündən sonra onun tələbələri Ağşəmsəddin və Bıçaqçı Ömər tərəfindən davam etdirilmişdir.
Əsərləri O, təsəvvüfə aid şeirlər qələmə almışdır. Bu şeirlərdən yalnız dördü dövrümüzə qədər gəlib çatmışdır.
İrsi və Mirası Ankarada onun adını daşıyan bir universitet, məscid və məktəb vardır. Haqqında "Aşkın Yolculuğu: Hacı Bayram-ı Veli" adlı teleserial çəkilmişdir.
İstinadlar
Kateqoriya:Sufilər Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Osmanlı şairləri Kateqoriya:Türkiyə şairləri Kateqoriya:Matüridilər Kateqoriya:Türkiyə sufiləri Kateqoriya:Hacılar