Yun Elster (, /ˈɛlstər/; ) — Norveç filosofu və siyasi nəzəriyyəçisidir. Kolumbiya Universitetində Robert K. Merton adına Sosial Elmlər professoru və 2005-ci ildən bəri Kollec de Fransda sosial elmlər professorudur.

O, 1972-ci ildə Paris Ali Normal Məktəbindən sosial elmlər üzrə doktorluq dərəcəsi almışdır. O, əvvəllər Paris Universitetində, Oslo Universitetində və Çikaqo Universitetində dərs demiş və 1984-cü ildə siyasi elmlər professoru olmuşdur. 1995-ci ildən bəri Kolumbiya Universitetində Robert K. Merton adına Sosial Elmlər professoru, eləcə də 2005-ci ildən bəri Kollec de Fransda sosial elmlər professorudur.

Elster sosial elmlər fəlsəfəsi və rasional seçim nəzəriyyəsi üzrə əsərlərin müəllifidir. O, həmçinin analitik marksizmin tanınmış tərəfdarıdır, marksizmi analitik fəlsəfə əsasında yenidən şərh etməyə çalışan Sentyabr Qrupunun aparıcı üzvü və əsasən davranış və psixoloji əsaslarla neoklassik iqtisadiyyatın və ictimai seçim nəzəriyyəsinin tənqidçisi idi. 2016-cı ildə politologiyaya verdiyi töhfələrə görə Siyasi Elmlər üzrə 22-ci Johan Skytte Mükafatına layiq görülüb.

İstinadlar

Xarici keçidlər Elster page at Columbia University Department of Philosophy Elster page at the Collège de France

Selected quotes by Jon Elster When the lottery is fairer than rational choice. Interview with Jon Elster (text&video), laviedesidees.fr, 26/11/2008

Kateqoriya:22 fevralda doğulanlar Kateqoriya:1940-cı ildə doğulanlar Kateqoriya:Osloda doğulanlar Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Siyasi filosoflar Kateqoriya:ABŞ politoloqları Kateqoriya:Amerika Fəlsəfə Cəmiyyətinin üzvləri Kateqoriya:Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri Kateqoriya:Avropa Akademiyasının üzvləri Kateqoriya:Paris Ali Normal Məktəbinin məzunları Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:Marksistlər Kateqoriya:ABŞ filosofları Kateqoriya:XXI əsr filosofları Kateqoriya:XX əsr filosofları