əl-Müstədrək aləs-Səhiheyn () və ya əl-Müstədrək () — hədis məcmuəsi.
Müəllif
Məcmuənin müəllifi hədis hafizi olan Hakim ən-Nisaburidir.
Əsər Əsər Buxari və Müslümün öz əsərlərində yer vermədikləri səhih, vəhi, münkər və mövzu (uydurma) hədislərdən ibarətdir. Zəhəbi "əl-Müstədrək"dəki hədisləri tədqiq etmiş və "Təlxisül-Müstədrək" adlı əsərində səhih (etibarlı) olmayan rəvayətləri qeyd etmişdir. Bununla da "əl-Müstədrək"in "Təlxis"siz anlamağın mümkünsüz olduğu qənaətinə gəlinmişdir. Əsərdəki rəvayətlərin ümumi sayı 8803-dür.
Nəşrlər Əsər, ilk dəfə Heydərabadda Zəhəbinin "Təlxisül-Müstədrək"i ilə birlikdə, dörd cildlik kitab halıda nəşr olunmuşdur (h.q. 1334–1342). Daha sonra əsərin bu nəşri dəfələrlə təkrarlanmışdır (I–IV, Riyad 1968). Əsər "əl-Müstədrək aləs-Səhiheyn fil-hədis" adı altında Mustafa Əbdülqadir Əta tərəfindən (I–IV, Beyrut 1990) və "əl-Müstədrək" adı altında (Zəhəbinin "Təlxis"i və bir fihrist ilə birlikdə) Yusif Əbdürrəhman Maraşlı tərəfindən (I–V, Beyrut-Hələb-Riyad 1986) nəşr olunmuşdur. Daha sonra Həmdi Dəmirdaş Məhəmməd tərəfindən "əl-Müstədrək aləs-Səhiheyn" adı altında on cilddə nəşr edilmişdir (Məkkə 2000).
İstinadlar
Kateqoriya:Sünni hədis topluları Kateqoriya:X əsrin ərəb dilində kitabları Kateqoriya:IX əsrin ərəb dilində kitabları