– Yaponiya alimi və immunoloqu. 1960-cı illərdə həyat yoldaşı Kimişiqe İşizaka ilə birlikdə astma, allergik rinit, qida allergiyalarının səbəblərini və müalicəsini araşdırmışdır. 1963-cü ildə immunoqlobulin E antitellərini kəşf etmişdir.

İlk illəri və təhsili Teruko Matsuura 28 sentyabr 1926-cı ildə Yamaqata prefekturasında Matsuciro və Toşi cütlüyünün qızı kimi doğulmuşdur. Atası vəkil, anası isə evdar qadın idi və qızının peşəkar karyera malik olmasını istəyirdi. 1949-cu ildə Kimişiqe İşizaka ilə evlənərək onun soyadını qəbul etmiş və Tokio Qadınlar Tibb Universitetindən məzun olmuşdur. Tokio Universitetini doktorantura ilə bitirmiş və təhsilini Pasadenada yerləşən Kaliforniya Texnologiya İnstitutunda davam etdirmişdir.

Elmi töhfələri İşizaka cütlüyü 1962-ci ildə Denverdə yerləşən Uşaq Astması Tədqiqatları İnstitutunda araşdırmalar aparmağa başlamışdır. O, burada hırıltı, qaşınma, səpgilər və digər allergik reaksiyalara səbəb olan immunoqlubulin E antitellərini kəşf etmişdir. Onların tədqiqat qrupu ambroziyaya məruz qalan və allergik rinitdən əziyyət çəkənlərin serumunu analiz edərək bədənə daxil olan yad cisimlərə hücum edən nadir antitel qrupunu ayırmağı bacarmışdır. Onlar immunoqlobulin E adlandırılan bu antitellərin mexanizmini açıqlamışlar. Qrup kəşflərini 1966-cı ildə yayımlamışdır. Onların araşdırması allergiyaları başa düşməkdə vacib rol oynamış, həkimlərə qandakı immunoqlobulin E miqdarına əsasən allergiyaları müəyyən etməyə imkan yaratmışdır.

İşizaka həyat yoldaşı ilə birlikdə 1970–1989-cu illərdə Con Hopkins Universitetində araşdırmalar aparmışdır. Həyat yoldaşı ilə birlikdə 1989-cu ildə San-Dieqoda yerləşən La Xolya İmmunologiya İnstitutunda işləməyə başlamış, allergiya şöbəsinin rəhbəri olmuşdur. 1993-cü ildə təqaüdə çıxmışdır. Onlar 1996-cı ildə Yaponiyaya qayıtmışlar. İşizakalar birlikdə 119 elmi nəşr dərc etmişlər.

İşizaka Yaponiyada Berinq Kitasato Mükafatına layiq görülmüş ilk qadın alimdir. O, bu mükafatı 1990-cı ildə "mast hüceyrələrinin və allergiyaların mexanizminin öyrənilməsi"nə görə layiq görülmüşdür.

Şəxsi həyatı Həyat yoldaşı ilə evlilyindən Yutaka İşizaka adlı oğlu olmuşdur. Teruko 4 iyun 2019-cu ildə prefekturasında ölmüşdür.

İstinadlar

Kateqoriya:Yaponiyanın qadın alimləri Kateqoriya:Yaponiya immunoloqları Kateqoriya:ABŞ-dəki Yaponiya qürbətçiləri