Əbu Bəkr Cəfər ibn Yunus əş-Şibli (; ) — erkən dövr sufilərindən.
Bioqrafiyası Səmərranın Şibliyə kəndində anadan olub. Türk əsillidir.
O, yaxşı təhsil almış, Müvəffəqin vəliəhdlik illərində onunla dostluq etmişdir. Dövlət idarəçiliyində sürətlə yüksəlmiş, Dünbəvənd valisi vəzifəsində çalışmışdır. Xeyr ən-Nəssacın verdiyi moizələri dinləyən Şibli, onun təsirinə düşərək valilik vəzifəsindən ayrılaraq təsəvvüfə yönəlmişdir. Xeyr ən-Nəssac Şiblini müridi olması üçün Cüneyd Bağdadiyə yollamışdır. Beləliklə Şibli, təsəvvüf təlimini dövrünün ən tanınmış sufisinin yanında tamamlamışdır. Cüneyd Bağdadi, Şibli haqqında bunları demişdir:
Şibli, təkcə təsəvvüf ilə kifayətlənməmiş, şəriət elmləri ilə də maraqlanmışdır. İllərlə hədis və fiqh təhsili almış, Malikin "əl-Muvatta"sını əzbərləmişdir. Əbu Abdullah Məhəmməd ər-Razi, onun haqqında bunları demişdir:
Gənc yaşlarında çoxlu seyri-süluk edən Şibli hicri 334-cü ilin Zilhiccə ayında (iyul 946) Bağdadda vəfat etmişdir.
Onun qələmə almış olduğu şeirlər, Kamil Mustafa əş-Şeybi tərəfindən toplanaraq "Divanu Əbi Bəkr əş-Şibli", adı altında nəşr edilmişdir (Bağdad: 1967).
Şibli Qadiri, Mövləvi, Rifai və Şazəli təriqətlərinin silsilələrində yer alır.
İstinadlar
Kateqoriya:Sufilər Kateqoriya:Sünni müsəlman İslam alimləri