thumb|Məşrutə inqilabı dövründə Təbriz məhəllələrinin, o cümlədən də Leylaabad məhəlləsinin xəritəsi, 1908-ci il. Leylaabad (farsca:لیلآباد), Leyliabad(farsca:لیلیآباد) və ya Lilava (farsca:لیلاوا) – Təbrizin cənub hissəsində yerləşən qədim məhəllələrindən biri. Məhəllə şimaldan Miyar-Miyar, cənubdan Yaniq Dağ silsiləsi, şərqdən Çərəndab məhəlləsi (indiki Taleqani küçəsi), qərbdən isə Baranava, Əhrab, Gəziran, eləcə də Xəyyam və Laləzar küçələri ilə həmsərhəddir.
Tarix Keçmişdə Leylaabad məhəlləsinin digər məhəllələrlə əlaqəsi əsasən keçidlər və böyük küçələr vasitəsilə təmin olunurdu. İlk dəfə 1329-cu (1950) ildə Şəriəti küçəsi (əvvəlki Şahnaz) salındı. Sonrakı dövrdə Qərbi 17-Şəhrivər (köhnə), Şərqi 17-Şəhrivər (indiki Şəhid Qazi küçəsi), Sahib (əvvəlki Zindan küçəsi) və Pastor küçələri inşa edildi. Leylaabad məhəlləsinin mərkəzi keçmişdə Məşhədi İman məscidinin (Rəngli məscid) qarşısında və Hacı Mirzə Ağa Fərşi məscidinin (əvvəlki Şah Rza, indiki İmam Rza məscidi) önündə yerləşən meydan olmuşdur. Keçmişdə Leylaabad çoxsaylı kəhrizlərə malik idi; bu kəhrizlər Yaniq dağından başlanaraq məhəllənin bütün bağlarını və evlərini suvarırdı. Nadir Mirzə Qacar bu barədə yazır:
...Bu məhəllənin su mənbələri Valman, Hacı Məhəmmədbağır və Ağa Pəhləvan Heybətin bulaqlarından gəlirdi. Şəhərin erməniləri əsasən bu məhəllədə məskunlaşmışdılar. Burada bir neçə xristian ailəsi yaşayırdı və onlar üçün məbəd də tikilmişdi. Xristianların kətxudası Hacı Əmirxan Kənduzan, müsəlmanların kətxudası isə Həbibulla xan idi. Bu məhəllə və Çərəndab hər ikisi şəhərin cənub tərəfində yerləşirdi...
Şəhərin cənubunda və Leylaabad məhəlləsində Nadir Mirzənin qeyd etdiyi kimi, bir neçə kəhriz mövcud idi:
...Hacı Möhsün kəhrizi, Tumas kəhrizi, Pəhləvan kəhrizi, Böyük Sultan, Kiçik Sultan, Heybət, Zəfəranlu, həkim Sahib – ingilis həkiminin kəhrizi, Hacı Məhəmmədbağır kəhrizi, Kurcan kəhrizi, Hacı Seyid Hüseyn kəhrizi...
Adın mənşəyi Azərbaycan türkcəsində “lil” sözü çökmə, çöküntü və palçıq mənalarını ifadə edir. Bu səbəbdən, Liləabad toponimi keçmişdə sel sularının gətirdiyi lil və palçıqla örtülmüş əraziyə işarə edir. Xüsusilə qədim zamanlarda Yaniq dağından axan sel suları bu məhəlləyə tərəf yönəlmişdir.
Məhəllələr və qollar Leylaabad məhəlləsinə bağlı olan qollardan və məhəllələrdən bəziləri bunlardır: Ləklər məhəlləsi, Vaezzadə məhəlləsi, Ağaəli məhəlləsi, Gəncəlibəy (indiki 17-Şəhrivər), Mayanilər (indiki Sahib küçəsi), Yusifxan (indiki Pastor küçəsi), Qarabağlılar, Qəzəl (erməni məhəlləsi), Valman məhəlləsi, Qənarə və Hatəmbəy məhəllələri.
Ermənilər Təbriz ermənilərinin xeyli hissəsi bu məhəllədə məskunlaşmışdı. XX əsrin əvvəllərində Təbrizin erməni əhalisini təşkil edən 6 min nəfərin xeyli hissəsi Leylaabad və Qala hissələrində yaşamaqda idilər. Həmçinin bax
İstinadlar
Mənbələr
Kateqoriya:Təbriz məhəllələri