Tiffany & Co. (ümumiyyətlə Tiffany və ya Tiffany's kimi tanınır) mənzil-qərargahı Nyu-Yorkda yerləşən Amerika lüks mallar şirkətidir.

Tiffany zərgərlik, gümüş məmulatları, çini, büllur, ətir, saatlar və şəxsi aksesuarlar, həmçinin bəzi dəri məmulatları satır. Bu əşyaların çoxu poçt sifarişi ilə və mağazalarda satılır. Tiffany xüsusilə almaz zinət əşyaları ilə tanınır. Tiffany zövq və üslub hakimi kimi özünü təbliğ edir.

1837-ci ildə Nyu-Yorkda qurulan mağaza Manhettendə "Tiffany, Young və Ellis" kimi çoxlu sayda məhsul satırdı. Adı 1853-cü ildə Charles Lewis Tiffany-nin vəzifəyə keçməsi ilə Tiffany & Company olaraq qısaldıldı. O, şirkətin diqqətini zərgərlik üzərində qurdu. Onun oğlu Louis Comfort Tiffany daha sonra ailə biznesinin ilk dizayn direktoru oldu.Le joaillier Tiffany devient propriété de LVMH : histoire d'une icône de l'Amérique, immortalisée par Audrey Hepburn

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Amerika brendləri Kateqoriya:Lüks brendlər Kateqoriya:Qab-qacaq Kateqoriya:Nyu-York şirkətləri Kateqoriya:Nyu-York Fond Birjasında siyahıya alınmış şirkətlər