San-Marino döyüşü — İkinci Dünya müharibəsinin İtaliya kampaniyası zamanı, 17–20 sentyabr 1944-cü ildə baş vermiş toqquşma. Bu döyüşdə Almaniya ordusu qüvvələri neytral San-Marino Respublikasını işğal etmiş, daha sonra Müttəfiq qüvvələr tərəfindən hücuma məruz qalmışdır. Bu hadisə bəzən Monte-Pulito döyüşü kimi də adlandırılır.

San-Marino müharibənin əvvəlində neytrallığını elan etmişdi və 1943-cü ilə qədər Avropada baş verən hadisələrdən böyük ölçüdə təsirlənməmişdi, lakin həmin il Müttəfiq qüvvələr İtaliya yarımadasında xeyli irəliləyərək Qotik xətti adlanan əsas Almaniya müdafiə mövqeyinə yaxınlaşmışdı. Bu xətt San-Marino sərhədindən cənubda yerləşirdi. 1943-cü ilin iyun sonunda Almaniya ordusunun San-Marino ərazisində mövqe tutduğu ehtimalı ilə Britaniya Kral Hərbi Hava Qüvvələri tərəfindən respublika bombalanmış və 35 nəfər həlak olmuşdur. Avqustun sonlarında başlayan "Zeytun" əməliyyatında güclü Müttəfiq qüvvələri Qotik xəttinin şərq ucunda, San-Marinonun şərqində yerləşən Rimini şəhərinə hücum etmiş, şəhərin şimalındakı düzənliklərə çıxmağı hədəfləmişdi. Plan San-Marinonun tamamilə yan keçilməsini nəzərdə tuturdu. Müttəfiq qüvvələrin hərəkətlərinə cavab olaraq, Almaniya tərəfi rabitə xətlərini qorumaq və artilleriya müşahidəçisi kimi fəaliyyət göstərmək məqsədilə San-Marino ərazisinə kiçik bir qüvvə göndərmişdi.

Bir neçə gündən sonra əsas hücum əməliyyatı Rimini şəhərinin cənubunda qarşılaşılan güclü müqavimət və pis hava şəraiti səbəbindən dayandırılmışdır. Nəticədə, Britaniya və Hindistan flanq qüvvələri qərbə, San Marino istiqamətində irəliləməyə başladı. 17 sentyabrda Hindistanın 4-cü Piyada Diviziyası San-Marino sərhədində yerləşən iki təpədə mövqe tutmuş 278-ci Piyada Diviziyasının qüvvələrinə hücum etmişdir. Təpələri ələ keçirmək üçün ağır döyüşlərdən sonra vəziyyət 19 sentyabrda stabilləşmiş və Müttəfiq qüvvələri San-Marino şəhərinə daxil olmağa başlamışdır. Şəhər 20 sentyabr günortadan sonra ələ keçirilmiş və Hindistanın 4-cü Piyada Diviziyası 21 sentyabrda ölkəni tərk etmiş, onu yerli müdafiə qüvvələrinin nəzarətinə buraxmışdır.

Zəmin thumb|right|San-Marino sərhədlərində neytrallıq barədə plakatlar.

Apennin yarımadasının şimalında, İtaliya ilə tamamilə əhatə olunmuş cırtdan dövlət olan San-Marino Respublikası İkinci Dünya müharibəsi boyunca az rol oynamışdır. Ölkədə Benito Mussolininin rejimi ilə yaxından əlaqəli faşist hökumət fəaliyyət göstərmişdir, lakin buna baxmayaraq, ölkə neytral qalmışdır. 1940-cı ilin sentyabrında San-Marinonun Britaniya imperiyasına müharibə elan etdiyi bildirilmişdir,Southern Theatre: San Marino In, in Time, 30 September 1940. lakin San-Marino hökuməti sonradan Britaniya hökumətinə bunun belə olmadığını bildirən mesaj göndərmişdir.Diplomatic papers, 1944, p. 292 1942-ci ilin əvvəlində San-Marino hökuməti ABŞ ilə müharibədə olmadığını təkrar bəyan etmiş, bu mövqe ABŞ Dövlət Departamenti tərəfindən təsdiqlənmişdir. Britaniya Xarici İşlər Nazirliyi 1943-cü ildə daha qeyri-müəyyən şəkildə qeyd etmişdir ki, Britaniya heç vaxt müharibə elan etməmiş, lakin San-Marinonun neytrallığını rəsmi şəkildə tanımamışdır və ölkə ərazisinin Ox qüvvələri tərəfindən istifadə olunacağı halda orada hərbi əməliyyatların keçiriləcəyini bildirmişdir.Diplomatic papers, 1944, p. 293

27 iyun 1943-cü ildə ölkə Müttəfiq qüvvələr tərəfindən bombalanmış, ən azı 35 nəfər həlak olmuşdur. San-Marino hökuməti həmin gün ərazisində heç bir hərbi qurğu və ya avadanlıq olmadığını, müharibə edən tərəflərin ərazisinə daxil olmasına icazə verilmədiyini bəyan etmişdir.Diplomatic papers, 1944, p. 290 İyulun əvvəlində Almaniya komandanlığı tərəfindən sərhəd keçidlərində Almaniya ordusunun bölmələrinə əraziyə daxil olmamaq barədə təlimat verən nişanlar qoyulduğu elan edilmiş və ölkənin tam neytrallığı bir daha vurğulanmışdır.Diplomatic papers, 1944, p. 295

Qotik xəttinə hücum 1944-cü ilin yayının sonlarına doğru İtaliyada yerləşən Almaniya qüvvələri Apennin yarımadası boyunca uzanan müdafiə mövqeləri zənciri olan Qotik xəttinə doğru geri çəkilmişdi. Müttəfiq qüvvələr şimala, Rimini şəhəri və İtaliyanın şimalında yerləşən düzənliklər istiqamətində irəliləmək üçün müdafiə xəttini yarmaq planı hazırlamışdılar. Bu plan "Zeytun" əməliyyatı adlanırdı və Britaniya 8-ci Ordusunun şərq sahili boyunca güclü hücumundan ibarət idi. 11 diviziya dar bir cəbhədə hücum edərək şəhər ətrafında sahil boyunca 13 km uzanan "Rimini boşluğu"nda cəmləşəcək və sonra şimala hərəkət edəcəkdi. Boşluqdan keçdikdən sonra qüvvələr Romanya düzənliyinə yayılaraq qərbə, Bolonya istiqamətinə irəliləyəcəkdi. Eyni zamanda, ABŞ 5-ci Ordusu yarımadanın mərkəzi boyunca şimala doğru irəliləyərək Bolonya şəhərində birləşməyi, böyük bir Almaniya qüvvəsini qurd qapanı tələsi ilə mühasirəyə almağı hədəfləyirdi.Fisher 1989, p.308.

Müttəfiq qüvvələrinin əsas hücum əməliyyatı 25 avqustda başlamışFisher 1989, p. 314. və onlar 29 avqustda Qotik xəttinin əsas hissəsi olan Folya vadisinə çatmışdır.Fisher 1989, p. 315. Müdafiə xəttini tezliklə yarılmış, Almaniya komandanlığı Konka çayının şimalındakı təpəli Koriano silsiləsində ikinci müdafiə xətti qurmağa cəhd etmişdi və bu, Rimini şəhərinin cənubundakı son böyük coğrafi maneə idi. Müttəfiq qüvvələrinin hücum heyəti 3 sentyabrda çaya çatmış, lakin tankların mexaniki problemləri, Almaniya qüvvələrinin göstərdiyi müqavimətin güclənməsi və güclü yağış səbəbindən dayanmışdır.Fisher 1989, pp. 316–7. Müttəfiq qüvvələri hücumu sahil boyunca davam etdirmək imkanı gözləmiş, bu zaman cəbhəyə əlavə qüvvələr gətirilmişdir.Fisher 1989, p. 318. Hücumun sol cinahında, Konka çayının cənubunda baş tutmuş Cemmano döyüşündə hücum dayandırılmışdı.Linklater 1951, p. 363.

Bu nöqtədə, Müttəfiqlərin sol cinah qüvvələri Coriano silsiləsindən cənuba doğru uzanan xəttdə yerləşmiş, bir neçə km məsafədə olan San Marino istiqamətində qərbə baxırdılar. 56-cı (London) Piyada Diviziyası Kroke qarşısında, 46-cı Piyada Diviziyası isə möhkəmləndirilmiş Cemmano mövqeyində idi. Hindistanın 4-cü Piyada Diviziyası 46-cı Piyada Diviziyası cənubunda mövqe tutmuş, hücumun ən sol cinahını təşkil etmişdir. 12 sentyabrda iki zirehli diviziyanın ağır artilleriya dəstəyi ilə Corianoya hücum bərpa edildikdə, bu qüvvələr qərbə, San-Marino sərhədindən təxminən 3,2 km məsafədə olan Monteskudo şəhərinə doğru irəliləmişdilər. Əsas hücum qüvvəsi uğurlu şəkildə silsiləyə çatmış və 56-cı Piyada Diviziyası Krokedən təxminən 1,6 km irəliləmiş, 13 sentyabrda, axşam saatlarında burada düşərgə qurmuşdur. Həmin gecə Hindistanın 4-cü Piyada Diviziyası Cemmanonun cənubunda dayaq nöqtəsi əldə etdi. Cemmano 15 sentyabrda, səhər saatlarında 46-cı Piyada Diviziyası və Hindistanın 4-cü Piyada Diviziyası tərəfindən ələ keçirilmiş, Britaniya qüvvələri Monteskudoya doğru hərəkət edərək Almaniya tərəfinin çaşqınlığından istifadə etməyə hazırlaşmışdılar.Linklater 1951, p. 365.

Döyüş 46-cı Piyada Diviziyası 15 sentyabrda Monteskudonu, növbəti gün isə 56-cı Piyada Diviziyası Monteskudodan şimalda və sərhədə eyni dərəcədə yaxın olan Mulatsano qəsəbəsini ələ keçirmişdir. Döyüşlər buradan qərbə doğru irəliləmiş, 56-cı Piyada Diviziyası şimal cinahda, 46-cı Piyada Diviziyası isə cənubda mövqe tutmuşdur. Onların hər ikisi Almaniya tərəfinin güclü müqaviməti ilə geri saxlanılmışdır.Linklater 1951, p. 366.

thumb|left|San-Marino yaxınlığında Almaniya mövqelərini müşahidə edən Britaniya əsgəri.

13 sentyabrda Almaniya ordusu Müttəfiq qüvvələrə qarşı San-Marino şəhərini müdafiə etmək üçün güclü bir qüvvə göndərmişdir. Bu, həm də regionda əsas yollardan birinə nəzarət etməyə və dağ zirvələrində artilleriya müşahidəçiləri yerləşdirməyə imkan verirdi.Brooks 1996, pp. 210–11 Müdafiə qüvvələri 278-ci Piyada Diviziyasından seçilmişdi, Müttəfiq qüvvələrinin hücum əməliyyatı isə 17 sentyabrda Hindistanın 4-cü Piyada Diviziyasına həvalə edilmişdi.Brooks 1996, p. 211

Diviziyanın öncülləri – 3-cü/10-cu Bəluc alayı 17 sentyabr gecəsi şərq sərhədində yerləşən Marano çayını keçmiş, 1-ci/9-cu Qurka atıcı alayı isə Faetano yaxınlığındakı 343-cü və 366-cı nöqtələrinə hücum etmək üçün irəliləmişdir. Çayın arxasında yerləşən bu kiçik təpələr 993-cü Qrenadir alayının iki batalyonu tərəfindən tutulmuşdu. Birinci təpə – 343-cü nöqtə saat 05:00-da ələ keçirilmişdir, lakin 366-cı nöqtəni tutan qüvvə sursatın tükənməsi səbəbindən geri çəkilməli olmuşdur. Atıcı Şer Bahadur Thapa iki saat təkbaşına təpənin zirvəsini müdafiə etmiş, iki bölüyün təhlükəsiz şəkildə geri çəkilməsinə imkan yaratmış və yaralı bir qurkanı xilas etməyə çalışan zaman həlak olmuşdur. O, ölümündən sonra "Viktoriya xaçı" ilə təltif olunmuşdur.

343-cü nöqtə 18 sentyabrda tutulmuş, lakin 63 nəfər itki olmuşdur. Axşam saatlarına yaxın tank qüvvələri artilleriya dəstəyi ilə mövqeyi sabitləşdirməyi bacarmışdır. 4-cü/11-ci Siqh alayı qurkaların tutduğu mövqeyindən şimalına keçmiş, San-Marino yüksəkliklərinin şimal cinahını əhatə etmiş və diviziyanın 11-ci Hindistan Piyada Briqadası şəhəri mühasirəyə almaq üçün onların arasından hərəkət etmişdir. 19 sentyabr axşamı 11-ci Hindistan Piyada Briqadasının 2-ci Piyada Batalyonu, "Kuins-Oun-Kameron-Haylenders" alayı şəhərin şimalından kənarlarına doğru irəliləməyə başlamış, lakin 20 sentyabr səhəri şəhərin şimal-qərbindəki müdafiə mövqeləri tərəfindən dağın yuxarı hissəsinə gedən yolda saxlanılmışdır.Brooks 1996, pp. 211–12 Tanklar şəhərin kənarlarına daxil olmuş, "Kuins-Oun-Kameron-Haylenders" alayının bir bölüyü isə güclü yağış altında təpəyə doğru hərəkət etmişdir. Şəhər günortadan sonra ələ keçirilmiş, hücumçular arasında cəmi 24 itki olmuş və müdafiəçilər arasından 54 nəfər əsir alınmışdır.Brooks 1996, p. 212

21 sentyabrda yerli müdafiə qüvvələri qalan Almaniya qoşunlarını ərazidən təmizləmək üçün cəlb olunmuşLinklater 1951, pp. 367–8. və 4-cü Hindistan Diviziyası güclü fırtına şəraitində irəliləyərək ölkəni tərk etmişdir.

Nəticəsi Müttəfiq qüvvələri nasist Almaniyasına mənsub qüvvələrin təslim olmasından sonra qısa müddət ərzində San-Marinoda işğalçı qüvvə olaraq qalmışdılar. 1945-ci ilin oktyabrında, müharibə bitdikdən sonra, San-Marino hökuməti Britaniya hökumətinə müharibə ilə bağlı kompensasiya tələbi ilə 732 milyon lirə dəyərində iddia qaldırmışdlr. Bunun 500 milyon lirəsi sentyabrda baş tutmuş döyüşlərlə, 20 milyon lirəsi isə işğal xərcləri ilə əlaqəli idi. Britaniya hökuməti bu iddianı rədd etmişdi, çünki Almaniya Müttəfiq qoşunlarının ölkəyə daxil olmasından əvvəl San-Marinonun neytrallığını pozmuşdu və buna görə məsuliyyət daşımadığını bildirmişdir. Buna baxmayaraq, Britaniya hökuməti iyunda həyata keçirdiyi bombardmanı ilə bağlı olaraq 26,000 funt sterlinq dəyərində könüllü ödəniş təklif etmiş, həmçinin sonradan bu məbləği 32 milyon lirəyə ekvivalent olan 80,000 funta qədər artırmışdır.Statement by Edward Heath , Hansard, 7 July 1961. A statement giving the overall breakdown of the claim was given on 9 July 1952 .

"San-Marino" döyüş təltifnaməsi üç Britaniya ordusu bölməsinə – Kral Linkolnşir alayı, York və Lankaster alayı və "Kuins-Oun-Kameron-Haylenders" alayına və iki Hindistan ordusu bölməsinə – 1-ci/9-cu Qurxa atıcılar alayı və 4-cü/11-ci Siqh alayına verilmişdir. Son üçü Hindistanın 4-cü Piyada Diviziyasının tərkibində əsas hücumda iştirak etmiş, ilk ikisi isə 46-cı Piyada Diviziyasının 138-ci Piyada Briqadasında batalyonlara malik olmuşdur.Baker 1986, p. 336.

Mənbə İstinadlar

Ədəbiyyat

Kateqoriya:İtaliya kampaniyası (İkinci Dünya müharibəsi) Kateqoriya:1940-cı illərdə San-Marino Kateqoriya:Almaniyanın döyüşləri Kateqoriya:İtaliyanın döyüşləri Kateqoriya:Birləşmiş Krallığın döyüşləri Kateqoriya:Emiliya-Romanya tarixi Kateqoriya:İkinci Dünya müharibəsi