Perissocephalus tricolor (Kapuçin quşu və ya danaquşu) — "Cotingidae" fəsiləsinə aid olan iri, ötücü quş növü. Bu növ, "Perissocephalus" cinsində tək növ olaraq təsnif edilir.del Hoyo, J. Elliott, A. & Christie, D. (editors). (2004) Handbook of the Birds of the World. Volume 9: Cotingas to Pipits and Wagtails. Lynx Edicions. Cənubi Amerikanın şimal-şərqində, Amazon çayının şimalında və Riu-Neqrunun şərqində (Kolumbiya, Venesuela, Braziliya və Qvianada) rütubətli meşələrdə (əsasən 600 metrdən aşağı, lakin 1400 metrə qədər) yaşayır.

Təsvir

"Perissocephalus tricolor" iri və möhkəm bədən quruluşuna malik bir altötücü quşdur və nisbətən ağır bir dimdiyi var. Yetkin fərdlərin çəkisi 340-420 qram (12-15 unsiya) arasında dəyişir və uzunluğu təxminən 40 santimetr (16 düym) olur. Bu, Amazon və uzun-dəvəli çətirquşlarından sonra ən iri altötücü quşdur – hətta dişi kapuçin quşları orta hesabla hər hansı bir dişi çətirquşundan daha böyükdür. Lələkləri ümumilikdə zəngin qəhvəyi rəngdədir, qarın və quyruqaltı örtükləri narıncıya çalır, uçuş lələkləri və qısa quyruğu isə qara rəngdədir. Ən diqqətçəkən xüsusiyyəti, demək olar ki, leşyeyən quşlara bənzəyən çılpaq başıdır ki, bu da mat mavi dəri ilə örtülüdür. Cavan fərdlər yetkinlərə bənzəyir, lakin başlarında bir qədər tüklü lələklər olur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1776-cı ildə təsvir edilən quşlar Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:1776-cı ildə təsvir edilən heyvanlar