Yarpaq kərtənkələsi () — Madaqaskarda yaşayan yerli və çox nadir kərtənkələ növü. Xüsusiyyətləri Yarpaq kərtənkələsi, bədənindəki qeyri-adi rəng dəyişmələri ilə diqqət çəkir. "Gecko" növü, yaşadığı mühitə uyğun olaraq, çox yaxşı şəkildə kamuflaj ola bilir. Onun dərisi, ağacların qabığına və ya qurumuş yarpaqlara bənzəyir. Bu özəllik onun düşmənlərindən qorunmaq üçün ideal imkan yaradır. Bədəninin uzunluğu təxminən 90 millimetrə çatır. Quyruğu, ağacların budaqlarına bənzəyir və bu cür uyğunlaşmalar, onun həyatda qalma şansını artırır. Əl və ayaq barmaqlarının altındakı yapışqan pullar və güclü dırnaqlar, ağaçlar arasında ustalıqla hərəkət etmələrini təmin edir.

Yaşadığı ərazi Yarpaq kərtənkələsi yalnız Madaqaskarda, xüsusilə adanın şimal və şərq hissələrində yerləşən meşəlik ərazilərdə yaşayır. Bu ərazilərdə, çox vaxt quru və ya yaşıl yarpaqlarla örtülmüş ağaclarda yaşamaqla, həmin ərazilərin ekosisteminə uyğunlaşmışdır. Adanın tərtəmiz və rəngarəng təbiəti yarpaq kərtənkələsinin yaşaması üçün ideal mühit yaradır.

Qidalanması Onun əsas qida mənbəyi kiçik böcəklər və məməlilərdən ibarətdir. Bu növ, özünün yırtıcılarla mübarizəsində çevik və sürətli olmağı ilə tanınır.

Çoxalması Dişi yarpaq kərtənkələsi, yumurtalarını adətən ağacların oyuqlarına qoyur. Yumurtaların sayının çox olmaması və inkubasiya müddətinin uzun çəkməsi (120 gün) növün sayının az olması səbəblərindən biridir.

Populyasiyası və mühafizəsi Yarpaq kərtənkələsi, dünyanın ən nadir sürünənlərindən biridir və Madqaskarın təbii yaşayış sahələrinin məhv olması nəticəsində bu növün populyasiyası getdikcə azalmağa başlayıb. Yarpaq kərtənkələsi beynəlxalq qorunma siyahılarında yer alır və onun mühafizəsi üçün müxtəlif tədbirlər görülür. Dünya Təbii Ətraf Mühit Fondu (WWF), qeyri-qanuni vəhşi təbiət ticarətinin qurbanı ola biləcək heyvanlar üçün yaratdığı "Ən çox axtarılan on növ" siyahısına bütün Uroplatus növlərini daxil edib.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Afrika sürünənləri Kateqoriya:1888-ci ildə təsvir edilən sürünənlər Kateqoriya:Corc Albert Bulencer tərəfindən adlandırılmış taksonlar