Çarlz Coel Nordström Kinnaman () — isveç-amerikalı aktyordur. O, ilk dəfə 2010-cu ildə çəkilmiş isveç filmi Asan pul və Yuhan Falk kriminal serialındakı rolları ilə tanınıb.
Kinnaman beynəlxalq miqyasda daha çox televiziya rolları ilə məşhurdur. O, AMC kanalında yayımlanan Qətl serialında detektiv Stefan Holder, Dəyişdirilmiş karbon serialının birinci mövsümündə Takeşi Kovacs, və Kartlar evi serialının amerika versiyasında qubernator Vil Konvey obrazları ilə tanınıb.
Bundan əlavə, o, 2014-cü ildə çəkilmiş RoboCop filminin remeykində Aleks Mörfi, DC Comics-in anti-qəhrəman İntihar heyəti (2016) və onun davamı olan İntiharçılar dəstəsi (2021) filmlərində isə Rik Flaq obrazlarını canlandırıb.
2019-cu ildən etibarən Apple TV+ platformasında yayımlanan elmi-fantastik Bütün bəşəriyyət üçün serialında NASA astronavtı Ed Bolduin rolunu ifa edir
Erkən həyatı Kinnaman İsveçin Stokholm şəhərində anadan olub və orada böyüyüb. Onun anası, psixoterapevt Bitte (Nordström), İsveçli atası isə Amerikalı Stiv Kinnaman (əsl adı Devid Kinnaman), Vyetnam müharibəsi zamanı ABŞ ordusuna çağırılıb, lakin Banqkokdakı hərbi bazadan qaçaraq ordunu tərk edib.
Kinnaman həm İsveç, həm də Birləşmiş Ştatlar vətəndaşıdır. Onun atasının ailəsi ABŞ-ın Orta Qərb bölgəsindəndir və irland, həmçinin şotland mənşəlidir. Anasının nənəsi isə ukrayna yəhudisi əsillidir.
Onun beş bacısı var, onlardan biri Melinda Kinnaman aktrisadır (ata tərəfdən ögey bacı). Uşaqlığı dövründə Kinnaman iki dili öyrənib, çünki atası ilə ingilis, anası ilə isə isveçcə danışırdı”.
O, aktyor Aleksander Skarsqord və aktrisa Numi Rapas ilə birgə böyüyüb. Kinnaman bir il ABŞ-ın Texas ştatının Del Val şəhərində mübadilə proqramı çərçivəsində orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra dünyanı gəzməyə qərar verib. Səyahətlərini maliyyələşdirmək üçün müxtəlif işlərdə çalışıb. Norveçdə pivə zavodunda xətt işçisi və dam təmizləyicisi, Fransız Alp dağlarında isə bar meneceri kimi işləyib.
Daha sonra o, iki il ərzində hər dəfə dörd-beş aylıq Cənub-Şərqi Asiya və Cənubi Amerikaya səyahət edib Cənubi Amerikaya isə skandinaviyalı aktyor David Densiklə birgə yollanıb.
Şəxsi həyatı Kinnaman “pektus ekskavatum” adlı vəziyyətlə, sinə sümüyünün içəri doğru batıq görünüşü ilə böyüyüb. Bu qüsurun aradan qaldırılması üçün o, Altered karbon serialının çəkilişlərindən əvvəl cərrahi əməliyyat keçirib. Əməliyyat zamanı döş sümüyünü önə itələmək məqsədilə bədəninə iki metal çubuq yerləşdirilib.
Kinnaman kiçik yaşlarından bəri doğma şəhərinin futbol klubu olan Hammarbü İF-in azarkeşidir.
Daimi səyahətləri səbəbindən Kinnamanın aksenti nəzərəçarpacaq dərəcədə qarışıqdı. O, aksentini amerikan aksenti kimi tanıtsa da, “melodiyasının” düzgün olmadığını bildirib və o vaxtdan bəri onu mükəmməlləşdirmək üzərində işləyir.
Kinnaman 2015–2018-ci illər arasında isveçli tatu sənətçisi Kleo Vattenström ilə evli olub. Daha sonra, 2019-cu ilin əvvəllərində isveç-avstraliyalı model Kelli Qale ilə münasibətə başlayıb. Cütlük 2021-ci ilin yanvarında nişanlandıqlarını elan ediblər. Qale Instagram vasitəsilə cütlüyün 2024-cü ildə Burninq Men festivalı zamanı evləndiyini təsdiqləyib.
Hüquqi problemləri 2021-ci ilin 6 avqust tarixində Kinnaman qısamüddətli romantik münasibət yaşadığı Gabriella Magnussona qarşı məhkəmədən müvəqqəti qadağa orderi alıb. O, Magnusson-un onu təhdid edərək pul tələb etmək istədiyini iddia edib. Magnusson isə Kinnaman-a qarşı təzyiq göstərmək cəhdini rədd edib.
2021-ci ilin 11 avqustunda İsveç Prokurorluğu Kinnamana qarşı davam edən araşdırma çərçivəsində zorlamada ittiham irəli sürüldüyünü təsdiqləyib. Lakin 2022-ci ilin oktyabrında araşdırma tamamlanaraq işə xitam verilib, cinayət işi qaldırılmayıb.
Filmoqrafiya
Film İl Film adı Rol Qeydlər 2002 Görünməz Den osynlige Kalle 2003 Hannah və H Hannah med H Andreas 2005 Kral salamı Tjenare kungen Dickan 2005 Fırtına Bartender 2007 Arn – Tapınak döyüşçüsü Arn – The Knight Templar Sverker Karlsson 2008 Arn – Yolun sonundakı krallıq Arn – The Kingdom at Road's End Sverker Karlsson 2009 Damarlarda In Your Veins Erik 2009 Xüsusi qrup Gruppen för särskilda insatser Frank Wagner 2009 Silah qardaşları Vapenbröder 2009 Milli hədəf National Target 2009 Leo Gaut Leo Gaut 2009 Qartal əməliyyatı Operation Näktergal 2009 Qanunsuzlar De fredlösa 2009 Simon və Malu Simon & Malou Stefan 2010 Asan pul Easy Money Yuhan "JW" Vestlund 2011 Əjdaha döyməli qız The Girl with the Dragon Tattoo Krister Malm 2011 Ən qaranlıq saat The Darkest Hour Skyler 2012 Təhlükəsiz ev Safe House Keller 2012 Lola ilə mübarizə Lola Versus Luke 2012 Asan pul II: Ölmək çətin Easy Money II: Hard to Kill Yuhan "JW" Vestlund 2012 Oyunun qaydaları Spelets regler Frank Wagner 2012 107 vətənpərvər De 107 patrioterna 2012 Bütün soyğunların anası Alla råns moder 2012 Karayan təşkilatı Organizatsija Karayan 2012 Uşaq infiltratoru Barninfiltratören 2012 Kod adı Liza Kodnamn Lisa 2013 Asan pul III: Lüks həyat Easy Money III: Life Deluxe Yuhan "JW" Vestlund 2014 Robokop Aleks Mörfi / Robokop 2015 Kubok riddarı Knight of Cups Errol 2015 Bütün gecəni qaçır Run All Night Mayk Konlon 2015 Uşaq 44 Child 44 Vasilij Nikitin 2016 İntiharçılar dəstəsi Rik Flaq 2016 Qışın kənarı Edge of Winter Elliot Beyker 2019 Məlumatçı The Informer Pit Koslou 2020 Qan qardaşları Brothers by Blood Maykl Flud 2020 Saxladığımız sirlər The Secrets We Keep Tomas Ştaynman 2021 İntiharçılar dəstəsi 2 The Suicide Squad Rik Flaq 2023 Şeytana həmrəylik Sympathy for the Devil Sürücü 2023 Səssiz gecə Silent Night Brian Godlok Həmçinin icraçı prodüser 2024 Səssiz saat The Silent Hour Detektiv Frank Şou TBA Canavar † The Beast Agent Taft Çəkilir TBA Buz yıxılması † Ice Fall TBA İstehsal mərhələsi
Televiziya İl Adı Rol Qeydlər 1990–1991 Böyük şəhər Storstad Felix Lundström 33 seriya, İsveç TV serialı; Joe Nordström adı ilə qeyd olunub 2006 Qalib başlar Vinnarskallar Gurra İsveç TV serialı 2008 İkinci prospekt Andra Avenyn Gustav 2 seriya (#1.62 və #1.64), İsveç TV serialı 2009 183 gün 183 dagar Byron 3 seriya, İsveç TV serialı 2011–2014 Qətl The Killing Stiven Holder 44 seriya 2016–2017 Kartlar evi House of Cards Uilyam "Vil" Konvey 15 seriya (4-5-ci mövsümlər) 2018–2020 Dəyişdirilmiş karbon Takeshi Kovacs / Elias Ryker 11 seriya 2019–2021 Hanna Hanna Erik Heller 12 seriya 2019–indiyədək Bütün bəşəriyyət üçün For All Mankind Edvard Boldvin Baş rol; 40 seriya 2021 Müalicə In Treatment Adam 8 seriya (4-cü mövsüm) TBA Qüsurlu qadınlar Imperfect Women Robert Gələcək serial
Mükafat və namizədliklər İl Mükafat Kateqoriya İş Nəticə İstinad 2009 Såstaholms pris till Höstsols minne — — 2009 Quldbagge Mükafatları İkinci dərəcəli aktyor Yuhan Falk – Xüsusi qrup Johan Falk – Gruppen för särskilda insatser 2011 Quldbagge Mükafatları Əsas aktyor Asan pul Easy Money 2012 Saturn Mükafatı Televiziyada ən yaxşı ikinci dərəcəli aktyor Qətl The Killing 2022 Saturn Mükafatı Televiziyada (straiming) ən yaxşı ikinci dərəcəli aktyor Bütün insanlar üçün For All Mankind
Xarici keçidlər
İstinadlar
Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1979-cu ildə doğulanlar Kateqoriya:Stokholmda doğulanlar Kateqoriya:İsveç aktyorları Kateqoriya:ABŞ aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:İsveçdən ABŞ-yə mühacirət edənlər Kateqoriya:Uşaq aktyorlar