Siciliyalı Mariya Karolina (; ) — İki Siciliya kralı I Fransiskin qızı, İspaniya taxt-tacının Karlist kraliçası, infanta.
1820-ci ilə Neapolda dünyaya gəldi. Atası İki Siciliya kralı I Fransisk, anası isə İspaniya kralı IV Karlın qızı Mariya İzabelladır. Hələ uşaq yaşlarında ikən Fransa kralı I Lui-Filippin və bibisi kraliça Mariya Amaliyanın oğullarından Karl Orleanski ilə evlənməsi planlaşdırılsa da, bəy namizədi hələ 8 yaşında ikən vəfat etdi.
1844-cü ildə dul qalan dayısı İnfant Fransisko de Burbonla evləndirilməsi planlaşdırılsa da, bu təklif də geri çevrildi. Nəhayət, 10 iyul 1850-ci ildə dayısı oğlu İnfant Karlos Luiz de Burbonla Kazerta sarayında evləndi. Ancaq cütlüyün övladı olmadı. İspaniya taxtının Karlist iddiaçısıyla evləndiyi üçün İspaniya taxt-tacının Karlist kraliçası ünvanını aldı.
1861-ci ilin yanvarında İnfant Karlos Luiz de Burbon, xanımı Mariya Karolina və kiçik qardaşı Fernando, ehtimal ki, tifus epidemiyası səbəbilə ard-arda vəfat etdilər. Hər üçü də Triestdəki bir kafedrala dəfn edildilər.
Mənbə
Ədəbiyyat
Navarrete Martínez, Esperanza Navarrete Martínez. "María de la O Isabel de Borbón". Diccionario biográfico España (in Spanish) Genealogie ascendante jusqu'au quatrieme degre inclusivement de tous les Rois et Princes de maisons souveraines de l'Europe actuellement vivans (in French). Bourdeaux: Frederic Guillaume Birnstiel. 1768. p. 9
İstinadlar