Avstriya-Esteli Mariya Beatrisa (; ) — Modena hersoqu IV Fransiskin qızı, İspaniya taxt-tacının Karlist, Fransa taxt-tacının isə Legitimist kraliçası.

1824-cü ildə Modenada dünyaya gəldi. Atası Modena hersoqu IV Fransisk, anası isə Sardiniya kralı I Viktor Emmanuilin qızı Mariya Beatrisadır. Dövrün ənənəsinə zidd olaraq, xüsusi müəllimlər tərəfindən deyil, şəxsən anası tərəfindən təlim-tərbiyə edildi. Ailəsi çox dindar, patriarxal və qatı liberalizm düşməni idi. 1840-cı ildə anası, 1846-cı ildə isə atası vəfat etdi və ardından qardaşı V Fransisk hersoq elan edildi.

Ancaq hələ atasının sağlığında ikən kiminlə evlənəcəyi qərarlaşdırılmışdı. Beləcə, 6 fevral 1847-ci ildə İspaniya kralı IV Karlın nəvəsi Xuan Karlos de Burbonla evləndi. Cütlüyün 2 övladı dünyaya gəldi.

Karlos de Burbon Alfonso Karlos de Burbon

thumb|360x360px|Böyük oğlu İnfant Karlos de Burbonla birlikdə, 1904 Cütlük bir müddət Modenada yaşasa da, inqilabın ardından Londona qayıtdılar. Üsyanın yatırılmasının ardından isə 1851-ci ildə Modenaya qayıdan ailə sonradan ayrıldı. Cütlük rəsmi şəkildə boşanmasa da, əri Londona qayıtdı və burada sadə bir ingilis xanımıyla münasibəti, hətta 2 övladı oldu.

Bu müddət ərzində Modenada yaşamağa davam edən Mariya Beatrisa oğullarını ispan əsilli keşiş və müəllimlər tərəfindən tərbiyə etdi. Ancaq 1859-cu ildə Sardiniya krallığı işğal edildi və ailə bu dəfə Avstriya imperiyasına qaçdı. Burada Praqa qalasında qonaq edilən ailə 1864-cü ildə Venesiyaya, 1866-cı ildə isə İnsbruka köçdü. Hər iki oğlunun evlənməsinin ardından özünü din işlərinə adayan Mariya Beatrisa 1872-ci ildə Qratsdakı kilsələrdən birinə köçdü. Ömrünün sonlarına doğru eşitmə qabiliyyəti daha da azalan Mariya Beatrisa 1882-ci ildə mülkiyyəətindəki bir çox əmlakı övladları arasında bölüşdürdü. Avstriyada alman milliyyətçiliyinin artması səbəbilə 1898-ci ildə şimali İtaliyanın Qoritsiya şəhərinə köçdü. 18 mart 1906-cı ildə orada vəfat etdi.

Mənbə

Ədəbiyyat

Montgomery-Massingberd, Hugh, ed. (1977). Burke's Royal families of the world. Burke's series. Vol. 1: Europe & Latin America. London: Burkes's Peerage. p. 91. ISBN 978-0-85011-023-4 Franciscan Monastery at Kostanjevica in Nova Gorica. "Tombs of the Bourbons". Franciscan Monastery at Kostanjevica in Nova Gorica

İstinadlar Kateqoriya:İtaliya qadınları