Devon Reks — 1950-ci illərin sonlarında İngiltərədə ortaya çıxan, uzun qulaqlı və qısa tüklü pişik növü.

Tarix

1960-cı ildə Beril Koks, Devon şəhərinin Bakfastli bölgəsində qıvrım tükləri olan bir pişik balası ilə qarşılaşdı və ona "Kirlee" adını verdi. Əvvəlcə Koks, bu pişiyin geninin Korniş Reks ilə əlaqəli olduğunu düşündü və Kirleeni Korniş Reks pişikləri ilə cütləşdirdi. Lakin doğulan balaların hamısının düz tükləri olduğu üçün məlum oldu ki, "Kirlee"-nin genetik mutasiyası Korniş Reksdən fərqlidir. Bundan sonra Koks, "Kirlee"-nin unikal mutasiyasını qorumaq üçün bir yetişdirmə proqramı başlatdı.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Pişik cinsləri