thumb|25 fevral 2012-ci ildə "Square Enix" nəşriyyatı tərəfindən buraxılmış birinci tankobon cildinin üzlüyü. Personajlar (soldan sağa): Haruo Yaquçi və Akira Ono. "Hi Score Girl" Rensuke Oşikiri tərəfindən yazılan və çəkilən manqa seriyasıdır. Manqa seriyası 25 oktyabr 2010-cu ildən 25 sentyabr 2018-ci ilə qədər "Square Enix" nəşriyyatının "Monthly Big Gangan" jurnalında serializasiya olunmuşdur. İlk tankobon cildi 25 fevral 2012-ci ildə, 10-cu və sonuncu cildi 25 mart 2019-cu ildə buraxılmışdır. Müəllif hüquqları ilə bağlı məsələyə görə 2014-cü ilin avqustundan 2016-cı ilin iyuluna qədər manqa seriyasının serializasiyasında fasilə yaranmış, 25 iyul 2016-cı ildə serializasiya davam etmişdir. Manqanın ilk 5 cildi 25 iyul 2016-cı ildə "Hi Score Girl CONTINUE" adı altında yeni üzlüklərlə yenidən buraxılmışdır. Manqanın fərdi fəsilləri "kredit" adlanır.
Manqa seriyasında hadisələr 1990-cı illərdə – arkade döyüş oyunlarının populyar olduğu dövrdə baş verir. Haruo Yaquçi dərslərinə fikir verməyən, bütün gününü oyun salonlarında keçirən və döyüş oyunlarında peşəkarlaşmağı qarşısına məqsəd kimi qoyan altıncı sinif şagirdidir. Oyunlardan başqa heç bir şey fikirləşməyən Haruo öz bacarıqları ilə yerli oyun salonlarında müəyyən qədər nüfuza malikdir və oyunlardakı bacarıqları ilə öyünməyi sevir. Lakin bir gün oyunla eyni sinifdə oxuyan, məktəbdə qiymətləri əla olan, varlı bir ailədən gələn Akira Ono onu asanlıqla "Street Fighter II" oyununda məğlub edir. Haruo Akiranı əsas rəqibi kimi görməyə başlayır və onu oyunlarda üstələmək istəyir. Onlar rəqabət edərkən eyni zamanda aralarında romantik münasibətlər də inkişaf etməyə başlayır.
Rensuke Oşikiri tərəfindən yazılan və illüstrasiya olunan "Hi Score Girl DASH" spin-off manqası 25 dekabr 2019-cu ildə "Monthly Big Gangan" jurnalında serializasiya olunmağa başlamışdır. Manqa seriyasında hadisələr 2007-ci ildə baş verir və əsas personajı məktəbdə müəllim kimi işləyən Koharu Hidakadır. Manqanın birinci tankobon cildi 25 mart 2021-ci ildə buraxılmışdır. 25 iyun 2025-ci ilə kimi 7 cildi buraxılmışdır.
"J.C.Staff" studiyası tərəfindən istehsal olunan anime serialı adaptasiyasının ilk mövsümü 13 iyuldan 18 sentyabr 2018-ci ilə kimi, ikinci mövsümü 25 oktyabrdan 20 dekabr 2019-cu ilə kimi yayımlanmışdır.
Cild siyahısı
Hi Score Girl DASH
Qeydlər
İstinadlar
Kateqoriya:Manqa cildlərinin və fəsillərinin siyahıları