Rock Is a Lady's Modesty, Yaponiyada tanınan adı ilə – Hiroşi Fukuda tərəfindən yazılan və illüstrasiya olunan manqa seriyası. 2023-cü ilin oktyabrından "Hakusensha" nəşriyyatının "Young Animal" jurnalında serializasiya olunur. Manqa seriyasının 8 tankobon cildi buraxılmışdır. Manqa seriyası elit qızların təhsil aldığı akademiyaya daxil olan Lilisa Suzunomiya adlı gənc qızdan bəhs edir. O, akademiyanın ən kübar xanımı statusunu əldə etmək istəsə də, əslində rok musiqisinə heyran duyur və gizlicə rok qrupu qurur.
"Bandai Namco Pictures" studiyası tərəfindən çəkilən anime serialı adaptasiyası 2025-ci ildə yayımlanmışdır.
Məzmun Lilisa Suzunomiya prestijli və elit Oşin Qızlar Akademiyasında daxil olan gənc tələbədir. Bu akademiyada Yaponiyanın güclü və nüfuzlu ailələrindən olan qızlar təhsil alırlar. Lakin əslində Lilisa nüfuzlu bir ailədə doğulmaq yerinə anasının yenidən evləndiyi varlı bir kişi tərəfindən övladlığa götürülüb. Bu səbəbdən Lilisa bioloji atasının ona aşıladığı gitara və rok sevgisindən əl çəkərək özünü kübar və mədəni xanım göstərməyə çalışır və akademiyanın ən nüfuzlu mükafatı olan Zadəgan qız titulunu əldə etmək istəyir. Lakin bir gün akademiyada təhsil alan digər tələbə Otoha Kuroqane ilə tanış olur və onun gizlicə rok musiqisi ilə məşğul olduğunu kəşf edir. Otohanın təkidlərindən sonra Lilisa yenidən rok musiqisinə qayıtmağa qərar verir və onlar akademiyada gizlicə rok musiqisi qrupu qururlar.
Personajlar
Əsas
Motion capture: Kanami (Band-Maid) Oşin Qızlar Akademiyasının birinci sinfində təhsil alan qız. Anasının təkrar evliliyindən sonra prestijli Suzunomiya ailəsinin qızı olmuşdur. Doğma atası rokla məşğul olmuş, ona gitarda ifa etməyi öyrənmişdir, lakin Suzunomiya ailəsinin kübar xanım imicini qorumaq üçün sevdiyi hobbidən imtina etməli olmuşdur. Əsas məqsədi akademiyanın ən elit və kübar xanımı olmaqdır. Lakin Otoha ilə tanış olduqdan sonra rok sevgisi yenidən oyanır və onunla birlikdə gizlicə rok qrupu qurur.
Motion capture: Akane (Band-Maid) Oşin Qızlar Akademiyasının birinci sinfində təhsil alan qız. O, güclü siyasi ailəyə mənsubdur. Akademiyanın ən çox təqdir edilən tələbəsi olsa da, əslində gizlicə təbil çalır. Lilisa ilə tanış olduqdan sonra onun gitara sevgisini yenidən alovlandırır və onunla gizlicə qrup qurur.
Motion capture: Sayki (Band-Maid) Oşin Qızlar Akademiyasının ikinci sinfində təhsil alan qız. O, məktəb şurasının vitse-prezidentidir. Onun ailəsi bir kosmetika brendinin sahibidir və o, həmin brendin siması kimi çıxış edən modeldir. Onun ictimaiyyət arasındakı imici təmtəraqlı olsa da, o əslində mehriban və utancaq şəxsiyyətə malikdir. Lilisanın performansını eşitdikdən sonra rok musiqisinə maraq göstərir və klavişdə ifa etməyi öyrənməyə başlayaraq qrupa qoşulur. O, qrupun kostyum dizayneridir.
Motion capture: Misa (Band-Maid) Oşin Qızlar Akademiyanın qardaş institutu Kuroyuri Qızlar Məktəbinin ikinci sinfində təhsil alan qız. O, Otohanın uşaqlıq dostudur. Bacarıqlı rok musiqiçisi kimi tanınsa da, Otoha ilə yenidən qarşılaşana qədər heç bir rok qrupunun daimi üzvü olmamışdır. Otohanın təkidi ilə o, qrupa basçı kimi qoşulur.
İstehsal
Anime Rejissor Şinya Vatadanın manqa seriyası ilə tanışlığı 2023-cü ildə baş tutmuşdur. O, manqanı dostunun tövsiyəsi ilə oxumuş və hekayəni maraqlı hesab etmişdir. "Bandai Namco Pictures" ona anime serialının rejissorluğunu təklif edəndə Vatada təəccüblənmiş və bunu tale hesab edərək təklifi məmuniyyətlə qəbul etmişdir. Animenin köməkçi rejissoru Ori Yasukava keçmişdə həvəskar qrupda təbilçi kimi ifa etmişdir. Animenin ikinci seriyasındakı təbil səhnələrinin istehsal prosesi zamanı Yasukavanın təbilçalma təcrübələrindən istifadə olunmuşdur.
İstehsalçı heyət musiqi performansı səhnələrində motion capture texnologiyasından istifadə etməyə qərar versə də, motion capture çəkilişlərində iştirak edəcək heyətlə açılış mahnısını ifadə edəcək qrupun eyni olması ideyası daha sonra yaranmışdır. Görüşlərdə hansı qrupun seçilməsi ilə bağlı müzakirələr başlayanda Vatada "Band-Maid" qrupunu təklif etmiş və təklifi dərhal bəyənilmişdir. Prodüser Tatsuya Sunako "Band-Maid" qrupunu izləmək üçün onların canlı konsertinə getmişdir. O, Kanami və Akanenin çıxışlarını izləyəndə onları dərhal Otoha və Lilisa ilə müqayisə etmişdir. İstehsalçı heyət Lilisa və Otohanın keçmişi üçün manqanın müəllifi Fukudadan tövsiyələr almışdırlar.
"Band-Maid" qrupunun dörd üzvü personajların motion capture çəkişilərində iştirak etmişdir: Akane (Otoha), Kanami (Lilisa), Sayki (Tina) və Misa (Tamaki). Akane bir müsahibəsində qeyd etmişdir ki, ifa etdiyi mahnı çox çətin idi və Lilisanın necə performans göstərəcəyini ağlında canlandırmalı idi. Musiqi alətlərində, hətta çubuqların tutacaqlarında belə sensorlar olduğu üçün ehtiyatlı olub sensorlara zərər yetirməməyə çalışırdı, bu isə onun çıxış etməsinə mane olurdu. Lakin istehsalçı heyət sensorlar barəsində narahat olmamasını bildirdikdən sonra performansına tam diqqət ayıra bilmişdir.
Akira Sekine bir müsahibəsində səsyazma studiyasındakı mühiti "sakit və elegant" kimi təsvir etmişdir. Sekine qrip olduğu üçün dinləmələrə qatıla bilmədiyi üçün məyus olmuş, növbəti gün dinləmələrə qoşulmuşdur. Sekine və Miyuri Şimabukuro rola hazırlaşmaq üçün kübar xanımlar haqqında kitablar alıb oxumuşdurlar. Sekinenin sözlərinə görə animenin birinci seriyasındakı Lilisa və Otoha arasındakı qarşılıqlı qışqırıq səhnəsi üçün çox enerji sərf etməli olmuşdular. Fukuda onlarla görüşmüş və personajları daha yaxşı başa düşmələri üçün onlara manqada olmayan hekayələr danışmışdır. Adətən dublaj prosesi musiqi olmadan yerinə yetirilsə də, Sekine musiqiyə qulaq asmağa dəvət olunmuşdur. Şimabukuro Otohanı səsləndirərkən barmaq uclarına diqqət yetirdiyini, qamətini düzəltdiyini və mikrofonun qarşısında sərbət dayandığını qeyd etmiş, personajın zərifliyini öz duruş və davranışları ilə əks etdirməyə çalışdığını bildirmişdir.
Media
Manqa Manqa seriyası Hiroşi Fukuda tərəfindən yazılır və illüstrasiya olunur. 28 oktyabr 2022-ci ildən "Hakusensha" nəşriyyatının "Young Animal" jurnalında serializasiya olunur. 29 avqust 2025-ci ilə qədər manqa seriyasının 8 tankobon cildi buraxılmışdır. Birinci tankobon cildi 28 aprel 2023-cü ildə buraxılmışdır.
Cild siyahısı
Anime
22 iyul 2024-cü ildə manqa seriyasının anime serialı adaptasiyası anons edilmişdir. "Bandai Namco Pictures" studiyası tərəfindən çəkilən anime serialının rejissoru Şinya Vatada, köməkçi rejissoru Ori Yasukava, ssenaristi Şoqo Yasukava, personaj dizayneri Risa Miyadani və vizual rejissoru Yasufumi Soecimadır. Anime serialına ilk baxış 16 mart 2025-ci ildə baş tutmuşdur. Anime serialı 3 apreldən 26 iyun 2025-ci ilə qədər yayımlanmışdır. Açılış mahnısı "Band-Maid" qrupu tərəfindən ifa olunan "Ready to Rock" mahnısı, bağlanış mahnısı "Little Glee Monster" qrupu tərəfindən ifa olunan mahnısıdır.
Qəbul "Bocchi the Rock!" manqa seriyasının müəllifi Aki Hamaci manqanı bəyənmiş və tövsiyə etmişdir. "Anime News Network" saytının tənqidçisi Stiv Cons animenin ilk 3 seriyasını dəyərləndirmiş və animeni "Kakegurui" ilə müqayisə etmişdir.
Anime adaptasiyası 2026-cı ildə "İlin musiqi animesi" kateqoriyasında Anime Trend Mükafatının qalibi olmuşdur.
Qeydlər
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2022-ci ilin manqaları Kateqoriya:2025-ci ilin anime serialları Kateqoriya:Məktəb haqqında anime və manqalar Kateqoriya:Manqalara əsaslanan anime serialları Kateqoriya:Bandai Namco Pictures Kateqoriya:Hakusensha manqaları Kateqoriya:Musiqi anime və manqaları Kateqoriya:Seynen manqaları Kateqoriya:Tokyo Broadcasting System verilişləri Kateqoriya:Yetkinliyə çatma haqqında anime və manqalar