İnsan arıya qarşı — Roven Atkinson və Villiam Devis tərəfindən yaradılmış Britaniya komediya televiziya serialı. Serialın premyerası 24 iyun 2022-ci ildə Netflix yayım xidmətində baş tutmuşdur.

Süjet İşsiz ata Trevor Binqli (Roven Atkinson) bahalı sənət əsərləri ilə dolu gənc cütlüyün evinə baxmalıdır. Trevorla birlikdə evə arı da daxil olur.

İstehsal Serialın anonsu 2020-ci ilin dekabrında elan edildi. Aktyorlar və buraxılış tarixi 14 aprel 2022-ci ildə açıqlandı. Serialın treyleri 26 may 2022-ci ildə yayımlandı. Doqquz epizoddan ibarət ilk sezonun premyerası 24 iyun 2022-ci ildə Netflix-də baş tutdu. Variety-ə verdiyi müsahibədə Kerr ikinci mövsümün mümkünlüyünü dedi.

Tənqid Rotten Tomatoes rəy aqreqatoru veb saytında seriyal 17 tənqidçi rəyinə əsasən 65% "təzə reytinq" aldı. Metacritic icmal aqreqatoru saytında seriyal 6 tənqidçi rəyinə əsasən 100 baldan 69 bal yığmış və bu, "ümumiyyətlə əlverişli rəyləri" göstərir. The Guardian-dan Stüart Ceffris seriala beş ulduzdan üçünü vermiş, Atkinsonun performansını tərifləmiş, lakin arının xaraktersizliyini və məhsul yerləşdirmənin bolluğunu tənqid etmişdir. Komsomolskaya pravdadan Pavel Sadkov serialı Tom və Cerri ilə müqayisə edərək qeyd etmişdir ki, qısa eskizlərin vaxtı artıq keçib Seans-dan Qleb Kolondo arının görünüşünü tənqid etmiş, lakin rəsmini müvafiq adlandırmışdır.

İstinadlar

Kateqoriya:2022-ci ilin teleserialları Kateqoriya:Böyük Britaniya teleserialları Kateqoriya:İngilis dilində teleseriallar Kateqoriya:Komediya teleserialları Kateqoriya:Netflix orijinal proqramları