Vllazniya Şkoder FK () — Albaniyada futbol klubu. Şkoder şəhərini təmsil edir.

Klub, 16 fevral 1919-cu ildə yaradılmış "Vllaznia İdman Klubu"nun futbol şöbəsidir. O, həm də Albaniyanın ən qədim klubudur, yəni Albaniyada yaradılmış ilk klubdur.

Klub, 1930-cu ildən bəri, 1956–57, 1961–62 və 2018–19 futbol mövsümündən başqa, Albaniya futbolunun ən yüksək liqası olan Albaniya Superliqasının bütün mövsümlərində iştirak edib.

Tarix Futbol, Şkoder şəhərinə 1908-ci ildə Maltalı rahib Ate Ruter tərəfindən gətirilmişdir. 1912-ci ildə isə, şəhərdə, "Indipendenca Shkodër" adlı ilk futbol klubu qurulmuşdur. 1913-cü ilin oktyabrında "Indipendenca Shkodër" klubu, Avstriya-Macarıstan İmperatorluğunun dəniz donanmasının komandası ilə qarşılaşaraq, Albaniyada ilk beynəlxalq futbol oyununu keçirmişdir.

16 fevral 1919-cu ildə isə, "Shoqëria Sportive Vllaznia" adı ilə Şkoder şəhərində "Vllaznia Şkoder" klubu təsis edilir. Bu, hal-hazırda fəaliyyətini davam etdirən klublar içərisində, Albaniyada qurulan ilk futbol klubudur və ölkənin futbol tarixində mühüm yer tutur. Klubun adı olan "Vllaznia" alban dilində "qardaşlıq" mənasını verir və bu, klubun birliyə və həmrəyliyə verdiyi önəmi əks etdirir.

1930-cu ildə Albaniya Futbol Federasiyasının yaradılması ilə Albaniya Superliqası (o zamankı adı ilə "Kategoria e Parë") təsis edildi və "Vllaznia Şkoder" bu liqada iştirak edən ilk klublardan biri olur. Klub, 1940-cı ildə ilk çempionluğunu qazanır, lakin bu titul qeyri-rəsmi hesab olunur. Rəsmi olaraq isə 1945 və 1946-cı illərdə ardıcıl iki dəfə ölkə çempionu olur.

Vllaznia, 1956-cı ildə diskvalifikasiya səbəbindən, 1961 və 2018-ci illərdə isə zəif nəticələrə görə Albaniya Superliqasını tərk edir. Lakin hər dəfə qısa müddət ərzində yenidən yüksək liqaya qayıtmağa nail olmuşdur.

2011-ci ildə "Vllaznia Şkoder" klubu, 100% Şkoder Bələdiyyəsinə məxsus səhmdar cəmiyyətə çevrilir. Lakin maliyyə və idarəetmə problemləri səbəbindən klub 2017–2018 mövsümündə Albaniyanın yüksək liqasını tərk edir.

2020-ci ildə iş adamı Alban Caferri klubun əsas sponsoru və daha sonra sahibi olur. Onun rəhbərliyi altında Vllaznia 2020–2021 və 2021–2022 mövsümlərində ardıcıl olaraq Albaniya Kubokunu qazanır.

2020–2021 mövsümündə klub, çempionluğu yalnız qol fərqinə görə əldən verdi və ikinci yeri tutur.

2022-ci ilin fevralında klubun 90%-lik səhmləri "Albaphoto" və 10%-lik səhmləri isə "Albasport & Entertainment" şirkətlərinə satılır. Alban Caferri isə klubun rəsmi rəhbəri olur.

Azrkeşlər "Vllaznia Şkoder", Albaniyada, Kosovoda və Şimali Makedoniyada geniş azarkeş kütləsinə malikdir. Klubun rəsmi ultras qrupu olan "Vllaznit Ultras", 2005-ci ildə yaradılmış və Albaniyada ilk rəsmi ultras qrupu olmuşdur.

Klubun ən böyük rəqibi Tirana klubudur. Bu iki klub arasındakı qarşılaşmalar "Albaniyanın Ənənəvi Derbisi" kimi tanınır.

Uğurları Albaniya Superliqası

Çempion (9): 1940*, 1945, 1946, 1971–72, 1973–74, 1977–78, 1982–83, 1991–92, 1997–98 İkinci yer (11): 1932, 1933, 1936, 1937, 1947, 1949, 1974–75, 1996–97, 1998–99, 2002–03, 2008–09, 2020–21

Albaniya Kuboku

Qalib (8): 1964–65, 1971–72, 1978–79, 1980–81, 1986–87, 2007–08, 2020–21, 2021–22 Finalçı (1): 2018–19

Albaniya Superkuboku

Qalib (2): 1998, 2001 Finalçı (4): 1992, 2008, 2021, 2022

İstinadlar

Kateqoriya:Vlazniya FK Kateqoriya:Albaniya futbol klubları Kateqoriya:1919-cu ildə yaradılmış futbol klubları Kateqoriya:Şkoder futbol klubları Kateqoriya:Şkoderdə idman Kateqoriya:1919-cu ildə yarananlar