Parma hersoqluğu () və ya rəsmi adıyla Parma və Piaçensa hersoqluğu () — 1545-1859-cu illərdə şimali İtaliyanın Emiliya-Romanya regionunda mövcud olan tarixi dövlətdir. Hersoqluğun paytaxtı Parma və Piaçensa şəhərləridir.
1545-ci ildə papa III Pavel tərəfindən nigahdan kənar oğlu Piyer Luici Farneze üçün yaradılan bu ünvan, sonrakı illərdə Farneze ailəsinin bölgədəki hakimiyyət mərkəzinə çevrildi. Bu ailəyə mənsub son hersoq Antonio Farnezenin varissiz vəfat etməsinin ardından səltənət öncə Habsburqların, ardından isə Burbonların əlinə keçdi.
1802-ci ildə fransızlar tərəfindən işğal edilən bölgə Fransa krallığına ilhaq edildi. Parma hersoqu ünvanı isə sadəcə titul olaraq verildi. Napoleon Bonapartın məğlub edilməsinin ardından 1814-cü ildə azad edildi. Bölgənin idarəsi Napoleon Bonapartın xanımı, eləcə də Müqəddəs Roma imperatoru II Fransiskin qızı olan Mariya-Luiza fon Habsburqa verildi.
1847-ci ildə bölgədə hakimiyyət yenidən Burbonların əlinə keçdi. Ancaq çox keçmədən 1859-cu ildə hersoqluq rəsmi şəkildə ləğv edildi və yeni yaradılan Birləşmiş İtaliya dövlətinə ilhaq olundu. Bu tarixdən etibarən Parma hersoqu ünvanı Burbon-Parma ailəsinə başçılıq edənlər tərəfindən titular olaraq istifadə edildi.
Hersoqların siyahısı
Farneze ailəsi Farneze ailəsinə mənsub papa III Pavelin nigahdan kənar oğlu Piyer Luici üçün Parma hersoqluğunu təsis etməsi ilə yaradıldı. 1545-ci ildə yaradılan bu hersoqluq, ailənin oğul şəcərəsinin quruduğu 1731-ci ilədək Farneze ailəsinin əlində qaldı. Bu tarixdən etibarən isə hersoqluq II Ranuççionun oğullarından doğulan yeganə nəvəsi Elizabet Farnezenin cehizi kimi İspaniya Burbonlarının əlinə keçdi. 1731-ci ildə taxt-tac Elizabet Farnezenin böyük oğlu İnfant Karlosa keçdi. Hersoq/hersoginaHakimiyyət illəriKonsortPiyer Luici Farneze 1503-1547
(43 yaş)frameless|195x195px16 sentyabr 1545 – 10 sentyabr 1547Girolama Orsini 1504-1569
(65 yaş)frameless|203x203pxOttavio Farneze 1524-1586
(61 yaş)frameless|189x189px10 sentyabr 1547 – 18 sentyabr 1586Avstriyalı Marqarita 1522-1586
(63 yaş)frameless|210x210pxAlessandro Farneze 1545-1592
(47 yaş)frameless|188x188px18 sentyabr 1586 – 2 dekabr 1592 -I Ranuççio Farneze 1569-1622
(52 yaş)frameless|214x214px2 dekabr 1592 – 5 mart 1622Marqarita Aldobrandini 1588-1646
(58 yaş)frameless|210x210pxOdoardo Farneze 1612-1646
(34 yaş)frameless|196x196px5 mart 1622 – 11 sentyabr 1646Marqarita Mediçi 1612-1679
(66 yaş)frameless|194x194pxII Ranuççio Farneze 1630-1694
(64 yaş)frameless|250x250px11 sentyabr 1646 – 11 dekabr 1694Savoyyalı Marqarita Yolanda 1635-1663
(27 yaş)frameless|195x195pxİzabella d'Este 1635-1666
(30 yaş)frameless|190x190pxMariya d'Este 1644-1684
(39 yaş)frameless|177x177pxFrançesko Farneze 1678-1727
(48 yaş)frameless|197x197px11 dekabr 1694 – 26 fevral 1727Düsseldorflu Doroteya Sofiya 1670-1748
(78 yaş)frameless|203x203pxAntonio Farneze 1679-1731
(51 yaş)frameless|198x198px26 fevral 1727
–
20 yanvar 1731Henretta d'Este 1702-1777
(74 yaş)frameless|193x193px
Burbonlar ailəsi Anasından gələn taxt hüququ ilə 1731-ci ildə Parma hersoqluğuna sahibləndi. Ancaq Vyana sazişinə əsasən, cəmi 4 il sonra Neapol və Siciliya krallıqları qarşılığında Parma taxt-tacını Habsburqlara buraxdı. Hersoq/hersoginaHakimiyyət illəriKonsortI Karl 1716-1788
(72 yaş)frameless|210x210px26 fevral 1731 – 3 oktyabr 1735 -
Habsburq ailəsi Avstriya irsi uğrunda müharibənin nəticəsi kimi 1748-ci ilədək Habsburq idarəsində qalan Parma taxt-tacı, həmin tarixdə yenidən Burbon-Parma ailəsinin idarəsinə verildi. Hersoq/hersoginaHakimiyyət illəriKonsortVI Karl 1685-1740
(55 yaş)frameless|197x197px3 oktyabr 1735 – 20 oktyabr 1740Braunşveyqli Elizabet Kristina 1691-1750
(59 yaş)frameless|192x192pxMariya Tereza 1717-1780
(63 yaş)frameless|186x186px20 oktyabr 1740 – 18 oktyabr 1748I Fransisk 1708-1765
(56 yaş)frameless|193x193px
Burbon-Parma ailəsi 1748-ci ildə imzalanmış Axen sülhü ilə Parma taxt-tacı Elizabet Farnezenin ikinci oğlu İnfant Filippə keçdi. 1796-cı ildə Napoleon Bonapart idarəsindəki fransızlar bölgəni işğal etdi. Fransa Respublikası və İspaniya krallığı arasında imzalanmış 1801 tarixli Aranjuez müqaviləsinə əsasən, Parma taxt-tacı Fransa krallığına birləşdirilməli idi. Bu isə I Ferdinandın 1802-ci ildə ölümündən sonra baş tutdu.
1802-ci ildə Fransa krallığına ilhaq edilən Parma taxt-tacı, Napoleon Bonapartın 1814-cü ildə məğlub edilməsinədək ləğv edilmiş qaldı. Ancaq bu dönəmdə sadəcə titul olaraq, Parma hersoqu ünvanı bəzi dövlət adamlarına və komandirlərə verildi. Hersoq/hersoginaHakimiyyət illəriKonsortI Filipp 1720-1765
(45 yaş)frameless|209x209px18 oktyabr 1748 – 18 iyul 1765Luiza Yelizaveta 1727-1759
(32 yaş)frameless|195x195pxI Ferdinand 1751-1802
(51 yaş)frameless|195x195px18 iyul 1765 – 9 oktyabr 1802Avstriyalı Mariya Amaliya 1746-1804
(58 yaş)frameless|191x191px
Habsburq ailəsi Napoleon Bonapartın məğlub edilməsindən sonra Parma hersoqluğu onun xanımı, üstəlik Müqəddəs Roma imperatoru II Fransın qızı Mariya Luiza Habsburqun idarəsinə verildi. Ölümünədək bu ünvanı əlində saxladı. Hersoq/hersoginaHakimiyyət illəriKonsortMariya Luiza 1791-1847
(56 yaş)frameless|180x180px11 aprel 1814 – 17 dekabr 1847Adam Albert fon Neyperq 1775-1829
(53 yaş)frameless|182x182pxKarl Rene dde Bombelles 1784-1856
(71 yaş)frameless|261x261px
Burbon-Parma ailəsi 1814-1815 tarixli Vyana konqresində alınan qərara əsasən, 1847-ci ildə Mariya Luiza Habsburqun vəfat etməsinin ardından Parma taxt-tacı yenidən Burbon-Parma ailəsinə verildi. Ailənin yaşca ən böyük oğul nümayəndəsi isə son hersoq I Ferdinandın nəvəsi II Karl oldu. Ancaq çox keçmədən 1859-cu ildə hersoqluq rəsmi şəkildə ləğv edildi və yeni yaradılan Birləşmiş İtaliya dövlətinə ilhaq olundu. Bu tarixdən etibarən Parma hersoqu ünvanı Burbon-Parma ailəsinə başçılıq edənlər tərəfindən titular olaraq istifadə edildi. Hersoq/hersoginaHakimiyyət illəriKonsortII Karl 1799-1883
(83 yaş)frameless|187x187px17 dekabr 1847 – 17 may 1849Savoyyalı Mariya Tereza 1803-1879
(75 yaş)frameless|195x195pxIII Karl 1823-1854
(31 yaş)frameless|205x205px17 may 1849 – 27 mart 1854Artualı Luiza 1819-1864
(44 yaş)frameless|182x182pxI Robert 1848-1907
(59 yaş)frameless|186x186px27 mart 1854 – 9 iyun 1859 -
Titul olaraq ünvanı daşıyanlar Hersoq/hersoginaÜnvanı daşıdığı müddətKonsortI Robert 1848-1907
(59 yaş)frameless|186x186px9 iyun 1859 – 16 noyabr 1907Siciliyalı Mariya Pia 1849-1882
(33 yaş)frameless|195x195pxPortuqaliyalı Mariya Antoniya 1862-1959
(96 yaş)frameless|204x204pxHenri 1873-1939
(66 yaş)frameless|192x192px16 noyabr 1907 – 16 noyabr 1939 -Jozef 1875-1950
(74 yaş)frameless|206x206px16 noyabr 1939 – 7 yanvar 1950 -Elyas 1880-1959
(78 yaş)frameless|214x214px7 yanvar 1950 – 27 iyun 1959 -II Robert 1909-1974
(65 yaş)27 iyun 1959 – 15 noyabr 1974 -Xavier 1889-1977
(87 yaş)frameless|208x208px15 noyabr 1974 – 7 may 1977Madlen de Burbon 1898-1984
(86 yaş)frameless|208x208pxKarlos Hüqo 1930-2010
(80 yaş)frameless|195x195px7 may 1977 – 18 avqust 2010Hollandiyalı İrina 1939-
(85 yaş)frameless|186x186pxKarlos 1970-
(55 yaş)frameless|150x150px18 avqust 2010 – davam edirAnnmeri de Burbon 1977-
(47 yaş)frameless|200x200px
Mənbə
Ədəbiyyat
Murphy, Orville Theodore (1982). Charles Gravier, Comte de Vergennes: French diplomacy in the age of revolution, 1719–1787. SUNY Press. ISBN 978-0-87395-482-2
İstinadlar Kateqoriya:Avropanın tarixi dövlətləri Kateqoriya:Tarixi Avropa monarxiyaları Kateqoriya:İtaliyanın modern tarixi Kateqoriya:Tarixi hersoqluqlar Kateqoriya:Farneze ailəsi