Saranda (), ) — Albaniyada şəhər və bələdiyyə.
Adı Saranda qədim dövrlərdə Onkesmos () adlanırdı və Epir bölgəsində yaşayan qədim Çayon tayfasının liman şəhəri idi.
Şəhərin adının mənşəyi, eramızın 6-cı əsrində burada inşa edilmiş Qırx Müqəddəs Şəhid Manastırı () ilə bağlıdır. Sonradan bu ad Ayi-Saranda () kimi tələffüz edilir.
Osmanlı dövründə şəhər "Aya Sarandi" və ya "Sarandoz" kimi adlanır.
Bölgədəki Venesiya təsirinə görə şəhər, Qərb xəritələrində tez-tez italyan adı olan "Santi Quaranta" kimi təsvir edilir.E.g., Walker, J. & C. "Turkey II: Containing the Northern Part of Greece ." Published 1 November 1829 by Baldwin & Cradock, 47 Paternoster Row, London. (London: Chapman & Hall, 1844). Accessed 24 August 2011. Albaniya Knyazlığının yaranmasından sonra, bölgənin italyanlar tərəfindən işğalı səbəbinə görə, şəhər bu adla tanınmağa davam edir. İkinci Dünya müharibəsində İtaliyanın Albaniyanı təkrar işğal etməsindən sonra, Benito Mussolini böyük qızının şərəfinə şəhərin adını "Porto Edda" olaraq dəyişdir.
Albaniya müstəqilliyini bərpa etdikdən sonra şəhər albanca Saranda adını alır.E.g., Wojskowe Zaklady Kartograficzne. Pergamon World Atlas. "Albania, Greece ." Pergamon Press, Ltd. & P. W. N. Poland 1967. Sluzba Topograficzna W. P. Accessed 24 August 2011.
Yerləşməsi Coğrafi cəhətdən şəhər Aralıq dənizi daxilində olan İon dənizinin açıq dəniz körfəzində yerləşir. İon dənizinin Albaniya sahili boyunca uzanan Saranda, ildə 300-dən çox günəşli gün olan Aralıq dənizi iqliminə malikdir. Şəhər Yunanıstanın Korfu adasının qarşısında yerləşir və Albaniya Rivyerasının əsas turizm mərkəzlərindən biridir.
Tarixi Saranda şəhəri ərazisi qədim dövrlərdə, Epir bölgəsində yaşayan, Çayon tayfası tərəfindən məskunlaşmışdı. Eramızdan əvvəl 4-cü əsrdə bu şəhər Çayoniyanın paytaxtı olan "Phoenice" (indiki Finiq) şəhərinin əsas limanı kimi fəaliyyət göstərirdi. Arxeoloji qazıntılar nəticəsində burada eramızdan əvvəl 1400–1100-cü illərə aid Mikena dövrünə məxsus alətlər aşkar edilmişdir. Bu tapıntılar şəhərin qədim Yunan mədəniyyəti ilə əlaqələrini göstərir.
Eramızın 4-cü və 5-ci əsrlərində Sarandada Albaniyanın ilk sinaqoqlarından biri inşa edilir. Bu sinaqoq 6-cı əsrdə xristian kilsəsi ilə əvəz olunmuşdur. 6-cı əsrdə imperator I Yustinianın dövründə inşa edilmiş Qırx Müqəddəs Şəhid MonastırıHodges, Mitchell, 2014, p. 39, həm də () şəhərin adının mənşəyidir. Bu monastır bir minillikdən artıq müddətdə İon dənizi bölgəsində ən mühüm ziyarətgah olmuşdur.
Osmanlı hakimiyyəti dövründə Saranda "Aya Sarandi" və ya "Sarandoz" adları ilə tanınırdı. 19-cu əsrin əvvəllərində Ali Paşa Tepelenli dövründə şəhər "Skala" və ya "Skaloma" adı ilə kiçik bir liman məntəqəsi kimi mövcud idi. 1867-ci ildə Osmanlı inzibati islahatları nəticəsində Saranda müstəqil bir idarə vahidi (müdürlük) statusu alır. Bu dövrdə şəhər əsasən ticarət stansiyası kimi fəaliyyət göstərirdi və daimi sakinləri yox idi.
1934-cü ildə Albaniya kralı I Zoğu, Rumıniya tarixçisi Nikolae Yorqaya Sarandada kiçik bir ərazi hədiyyə etmişdir. Bu ərazi daha sonra Rumıniya dövləti tərəfindən idarə olunmuş və 1937-ci ildə burada Rumıniya konsessiyası yaradılmışdır. Lakin 1939-cu ildə İtaliya Albaniyanı işğal etdikdə bu konsessiya ləğv edilmişdir.
İkinci Dünya müharibəsi zamanı, 6–22 dekabr 1940-cı illərdə Saranda şəhərində Yunanıstan və İtaliya arasında Saranda döyüşü baş vermişdir. Bu döyüş nəticəsində Yunanıstan qüvvələri şəhəri ələ keçirmiş və bu, İtaliya üçün böyük bir məğlubiyyət olmuşdur. Döyüşdən sonra İtaliyanın Baş Qərargah rəisi Pyetro Badoclio istefa vermişdir.
Həmçinin bax Ksamil
İstinadlar
Kateqoriya:Albaniya şəhərləri