Tişha Be'Av (ivr. תשעה באב), Yerusəlimdəki yəhudi məbədinin dağıdılmasını xatırladan anım günüdür.

Tişha Be'av, İvrit təqviminə görə hər il Av ayının 9-cu gününə düşür.

Süleymanın tikdirdiyi Birinci Məbəd Av ayının 9-da dağıdıldı və taleyin yazmış olduğu kimi yüz illər sonra İkinci Məbəd də Av ayının 9-da dağıdıldı.

Bu gün bütün dünyada yəhudilər üçün milli matəm günüdür. 9 Av oruc günüdür, Av ayı boyunca yəhudilər ət yeməkdən çəkinirlər.

Dağ yəhudiləri

Dağ yəhudiləri hər il bu gündə dünyanın hər yerindən, əsasən İsraildən, ABŞ-dan, Rusiyadan və Almaniyadan Qırmızı Qəsəbəyə gəlirlər və qəbiristanlıqları ziyarət edir, xatirə şamları yandırırlar. Adətən iyul-avqust aylarına təsadüf edən Av ayı öncəsi minlərlə yəhudi Azərbaycanın sərhəd-keçid məntəqələrindən keçir.

Hər il Av ayının 9-da dünyanın hər yerindəki sinaqoqlarda Mərsiyələr Kitabı oxunur. Mərsiyələr Kitabı 5 fəsildən ibarətdir və eramızdan əvvəl 586-cı ildə Yeremya peyğəmbər tərəfindən yazılıb və Yəhuda Krallığının başına gələn fəlakəti və Yerusəlimdəki Süleyman Məbədinin babillilər tərəfindən və onların lideri Navuxodonosordur dağıdılmasını təsvir edir.

İstinadlar

Kateqoriya:Yəhudi bayramları Kateqoriya:Oruc tutma Kateqoriya:İvrit dilində sözlər və ifadələr