Əl-Qasimi (ərəb. القاسمي) — Birləşmiş Ərəb Əmirliklərinin tərkibinə daxil olan Ras Əl-Xayma və Şarja əmirliklərində hakim ailə. Bu gün Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən ikisini idarə edən ərəb sülaləsidir.

Tarixi

Əl-Qasimi tayfası XVIII-ci əsrin ortalarında digər ərəb qəbilələri ilə birlikdə Ərəbistan yarımadasının dərinliklərindən Ərəbistanın cənub-şərq sahillərinə (Əs-Sirə bölgəsi) köç edən Əl-Qavasim qəbiləsinə rəhbərlik edirdi. Qəbilə şeyxliklərin mərkəzinə çevrilən Fars körfəzinin sahilləri boyunca möhkəmləndirilmiş yaşayış məntəqələri saldı. Əl-Qəvasim sülaləsi öz paytaxtını Hörmüz boğazının girişindəki Müsəndəm yarımadasında yerləşən Ras Əl-Xaima şəhərini etdi. Sülalə Məhəmməd peyğəmbərin nəslindən olduğunu iddia edir.

XIX-cu əsrin əvvəllərində Qasimilər həm Fars körfəzinin cənub sahilindəki Ras Əl-Xaymada, həm də Qişm, Bəndər-Abbas və Bəndər Lingə dənizə çıxışa nəzarət edirdi. Qasimilərin Körfəz bölgəsində güclü dəniz qüvvələri var idi. Onlar ticarət yollarında artan Avropa müstəmləkəçiliyinə son qoymağa çalışırdılar.

Ras əl-Xayma şeyxləri 1912-ci ildə müstəqil oldular. 1921-ci ildə onların müstəqilliyi Böyük Britaniya tərəfindən tanındı.

Əl-Qasimi şeyxləri

Şeyx Rəhmə ibn Matar Əl Qasimi (1722-1760) Şeyx Rəşid ibn Mətar Əl Qasimi (1760-1777) Şeyx Saqr ibn Rəşid Əl Qasimi (1777-1803) Şeyx Sultan ibn Saqr Əl Qasimi (1803-1808) Şeyx Həsən ibn Rəhmə Əl Qasimi (1814-1820) Şeyx Sultan ibn Saqr Əl Qasimi (1820-1866) Şeyx Xalid ibn Sultan Əl Qasimi (1866-1867)

Ras Əl-Xayma hökmdarları

Şeyx İbrahim ibn Sultan Əl Qasimi (1866 - May 1867) Şeyx Xalid ibn Sultan Əl Qasimi (May 1867 - 14 aprel 1868) Şeyx Səlim ibn Sultan Əl Qasimi (14 aprel 1868 - 1869) Şeyx Humeyd ibn Abdullah Əl Qasimi (1869 - avqust 1900) Şeyx Xalid ibn Əhməd Əl Qasimi (1914-1921) Şeyx Sultan ibn Səlim Əl Qasimi (19 iyul 1921 - fevral 1948) Şeyx Saqr ibn Mohammad Al Qassimi (fevral 1948 - 27 oktyabr 2010) Şeyx Səud ibn Saqr Əl Qasimi (27 oktyabr 2010 - indiki)

Şarja hökmdarları

Şeyx Sultan ibn Saqr Əl Qasimi (1803-1866) Şeyx Xalid ibn Sultan Əl Qasimi (1866 - 14 aprel 1868) Şeyx Səlim ibn Sultan Əl Qasimi (14 aprel 1868 - mart 1883) Şeyx İbrahim ibn Sultan Əl Qasimi (1869-1871) Şeyx Saqr ibn Xalid Əl Qasimi (mart 1883 - 1914) Şeyx Xalid ibn Əhməd Əl Qasimi (13 aprel 1914 - 21 noyabr 1924) Şeyx Sultan ibn Saqr Əl Qasimi II (21 noyabr 1924 - 1951) Şeyx Saqr ibn Sultan Əl Qasimi (May 1951 - 24 iyun 1965) - ilk dəfə hökmdar Şeyx Xalid ibn Məhəmməd Əl Qasimi (24 iyun 1965 - 24 yanvar 1972) Şeyx Saqr ibn Sultan Əl Qasimi (25 yanvar 1972 - 1972) - ikinci dəfə hökmdar Şeyx Sultan ibn Məhəmməd Əl Qasimi (1972 - 17 iyun 1987) - ilk dəfə hökmdar Şeyx Əbdüləziz ibn Məhəmməd Əl Qasimi (17-23 iyun 1987) Şarjada çevriliş zamanı əvvəlki şeyxi vəzifəsindən uzaqlaşdırdı. Şeyx Sultan ibn Məhəmməd Əl Qasimi (23 iyun 1987 - indiki) - bərpa edildikdən sonra ikinci dəfə hakimiyyətdə

Ailə ağacı

Tarixi bayraqları

İstinadlar

Xarici keçidlər Al Qasimi Family Tree Photo of current Al Qasimi rulers

Kateqoriya:Ərəb sülalələri Kateqoriya:Ərəbistan qəbilələri Kateqoriya:Birləşmiş Ərəb Əmirlikləri Kateqoriya:Müsəlman sülalələr Kateqoriya:BƏƏ siyasətçiləri Kateqoriya:Əmirlər