thumb|Aryan qardaşlığı döyməsi Aryan qardaşlığı (; qısaca AB kimi də tanınır) — ABŞ-də həbsxanaların içərisində və həbsxanalardan kənarda təxminən 15.000 üzvə malik olan həbsxana cinayət dəstəsidir.Coverson, Laura. "Aryan Brotherhood Tried for 40 Years of Prison Mayhem" . ABC News. 15 mart 2006. 27 oktyabr 2006-cı ildə əldə edilmişdir. 2006-cı ilin mart ayında Aryan qardaşlığının dörd lideri qətl, narkotik alveri və qanqsterlik də daxil olmaqla bir çox ittihamlarla mühakimə olunmuşdurlar. FTB-nin vermiş olduğu məlumatlara əsasən, dəstə həbsxanalarda olan şəxslərin 1%-dən daha azını təşkil etməsinə baxmayaraq, federal həbsxana sistemindəki qətllərin 26%-nə görə məsuliyyət daşıyır.Duersten, Matthew. "Who'll Stop the Reign?" . LA Weekly. 3 fevral 2005. 27 oktyabr 2006-cı ildə əldə edilmişdir.Holthouse, David. "Smashing the Shamrock" . SPLC Intelligence Report. Fall 2005. 27 oktyabr 2006-cı ildə əldə edilmişdir.
Tarixi
1960-cı illərə qədər ABŞ-dəki həbsxanaların böyük əksəriyyətində irqi ayrı-seçkilik hökm sürürdü. Həbsxanalarda mövcud olan irqi ayrı-seçkiliyin başa çatması ilə məhbuslar irqlərinə görə təşkilatlanmağa başlamışdılar. Aryan qardaşlığının 1964-cü ildə San Kventin Dövlət Həbsxanasında digər irqlərin zorakılığına qarşı reaksiya olaraq yaradıldığı güman edilir. Qardaşlıq özündən əvvəl mövcud olmuş bir təşkilat olan Bluebird Gang adlı təşkilatdan ilhamlanaraq yaradılmış və ya onun varisi ola bilər. 1970-ci illərin əvvəllərində Aryan qardaşlığı Meksika mafiyası ilə sıx əlaqələr yaradaraq narkotik ticarəti başda olmaqla bir çox digər sahələrdə də iqtisadi əməkdaşlıq etmişdir.
1980-ci ildə dəstə biri federal həbsxana sisteminin içərisində, digəri isə dövlət həbsxana sistemindən kənarda olmaqla iki ayrı qrupa bölünmüşdür. 1982-ci ildə anonim bir mənbə, Aryan qardaşlığının Kaliforniya Dövlət Həbsxanasında baş vermiş olan iki böyük qətl hadisəsində iştirak etdiyi barədə məlumat vermişdir.Federal Bureau of Investigation. File 183-7396 . Retrieved 27 October 2006. FTB 1989-cu il ərzində dəstənin fəaliyyətini ciddi şəkildə izləmiş, lakin heç bir ittiham aktı irəli sürülməmişdir.
23 iyun 2005-ci ildə həyata keçirilmiş olan iyirmi aylıq təhqiqatlardan sonra federallar Ohayo ştatının şimal-qərbində Aryan qardaşlığının nəzarəti altında fəaliyyət göstərən cinayətkar təşkilat olan "Qan Orden"nə () məxsus olan altı evə basqın təşkil etmişdir.
İstinadlar
Xarici keçidlər
FBI File on the Aryan Brotherhood "Allegations against Aryan Brotherhood" – BBC News People v. Price (1991) 1 C4th 324
Kateqoriya:Aryan qardaşlığı Kateqoriya:Neonasist təşkilatlar Kateqoriya:Kaliforniyadakı cinayətkar dəstələr Kateqoriya:ABŞ-də mütəşəkkil cinayətkar təşkilatlar